Menu
Geri İrəli

Zakir Fərəcov Onkoloji Xəstəxanada yaradılan şəraitlə tanış olub – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Mart 2017 • Baxış sayı: 2,794 dəfə • 2 şərh

DSC_0690Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov Sumqayıt şəhər Onkoloji Xəstəxanasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub, şəhərdə fəaliyyət göstərən səhiyyə müəssisələrinin baş həkimləri ilə görüşüb.

Xəstəxanını açılış mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov  bildirdi ki, ölkəmizdə uğurlu səhiyyə islahatlarının tərkib hissəsi olan yeni xəstəxana və tibb müəssisələrinin inşası Azərbaycan dövlətinin vətəndaşlarımızın sağlamlığına verdiyi önəmin təzahürüdür.Bu istiqamətdə Sumqayıtda da mühim işlər görülüb. Qeyd olundu ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə bu sahədə həyata keçirilən tədbirlər Azərbaycanda tibbi xidmətin daha da təkmilləşdirilməsinə geniş imkanlar açır. Azərbaycanda səhiyyə sisteminin yenidən qurulması, əhalinin sağlamlığının daha yaxşı təşkili, bu sahədə qabaqcıl texnologiyaların tətbiqi və yeni kadr potensialının hazırlanmasını özündə əks etdirən dövlət proqramları tibbi xidmətin səviyyəsini də yüksəldib. Heydər Əliyev Fondu və Fondun prezidenti Mehriban Əliyevanın bu sahədə həyata keçirdiyi tədbirlər isə birbaşa genefondun qorunmasına və mövcud problemlərin köklü həllinə yönəlib.

Sonra xəstəxana ilə tanışlıq oldu.Binanıın giriş foyesində Prezident İlham Əliyevin rəhbərliyi altında respublikamızda və Sumqayıt şəhərində aparılan quruculuq işlərinə dair foto stend yaradılıb.Məlumat verildi ki,Sumqayıt şəhər  Onkoloji Xəstəxanası da əsaslı təmirdən sonra istifadəyə verilib.1949 cu ildə yataqxana məqsədi ilə tikilib,1972 ci ildən tibb müəssisəsi-Onkoloji Dispanser kimi fəaliyyət göstərir. Tibb ocağı 2015-ci ildən Onkoloji xəstəxana adlandırlıb. Xəstəxana binasının uzun müddət qəzalıı vəziyyətdə olması ilə əlaqədar 2016-cı ilin fevralından əsaslı təmirə başlanılıb.Binadakı otaqlar,binanıın fasadı və həyətyanı sahəsi əsaslı surətdə yenidən qurulub.50  çarpayılıq tibb ocağı   ən son texnoloji nailiyyətlərə əsaslanan avadanlıq və cihazlarla təchiz olunub. Cərrahiyyə  otaqları yüksək keyfiyyətli avadanlıqla, narkoz aparatları ilə təchiz olunub. Reanimasiya  şöbəsində  xaricdə istehsal olunan yüksək səviyyəli süni tənəffüs aparatları  və xəstəyə təcili yardım göstərmək üçün digər cihazlar da var. Xəstəxanadakı laboratoriya  da ən son texnoloji avadanlıqlarla   təhciz olunub. Tibb ocağıının 700 kvadrat metr  həyətyanı sahəsi  abadlaşdırılıb,asfalt vurulub,yerə tamet döşənib,yaşıllıq salınıb,xəstələrin istirahəti üçün zəruri şərait yaradılıb.

 Qeyd edək ki, Sumqayıt şəhərində son bir ildə  şəhər 1 nömrəli  Doğum Evi, 1 saylı Poliklinika , 4 nömrəli Uşaq Poliklinikası əsaslı təmir olunub, istifadəyə verilib,  hazırda isə  Uşaq Xəstəxanasının İnfeksion korpusunda  tamamlanma işləri aparılır.

DSC_0599 DSC_0616 DSC_0619
DSC_0630 DSC_0631 DSC_0633 DSC_0639 DSC_0644 DSC_0645 DSC_0648 DSC_0651 DSC_0654 DSC_0655 DSC_0657 DSC_0664 DSC_0667 DSC_0670 DSC_0676 DSC_0684
DSC_0694

 DSC_0001

DSC_0002

DSC_0003

DSC_0004

DSC_0005

DSC_0006

DSC_0007

DSC_0008

DSC_0009

DSC_00010

DSC_0011

DSC_0628

DSC_0627

Facebook Şərhləndirmə:

“Zakir Fərəcov Onkoloji Xəstəxanada yaradılan şəraitlə tanış olub – FOTOLAR” yazısına 2 cavab

  1. Qalib Mammadov deyir:

    Hormetli Zakir muellimin Sumqayitimizn inkisafi ve gozellesmesi istiqametinde heyata kecirdiyi isler dayanma bilmeden davam edir.
    “Bunu ancaq öz şəhərini, öz xalqını sevən insanlar edə bilər”

  2. Shahin deyir:

    Halal olsun, o xestexana ele gunde idi ki, ora yaxin dushmek olmurdu.

Şərhinizi yazın