Menu
Geri İrəli

Zakir Fərəcov Ordu Günündə əsgərlərlə bir arada – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 28 İyun 2016 • Baxış sayı: 2,343 dəfə • Şərh yoxdur
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü münasibətilə Sumqayıt şəhər  İcra Hakimiyyətinin təşəbbüsü ilə Hacı Zeynəlabdin Tağıyev qəsəbəsindəki   “N” saylı hərbi hissədə  bayram konserti və  əsgər valideyinləri üçün “açıq qapı “ günü  keçirilib.
Əvvəlcə hərbi hissənin həyətində ümumilli lider Heydər Əliyevin  büstü ziyarət olunub. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanmış, əsgərlərlə söhbətlər aparıb. Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibətilə zabit, gizir və əsgərləri  təbrik edib və xalqımıza tezliklə qələbə sevinci arzulayıb.
Ölkəmizdə ordu quruculuğu tarixinə nəzər salınaraq bildirilib ki, bu il yaradılmasının 98-ci ildönümünü qeyd edən silahlı qüvvələrimizin Azərbaycan tarixində özünəməxsus yeri var.
Çıxışlarda qeyd edilib ki, son dövrlər cəbhə bölgəsində baş verən hadisələr, Ermənistan ordusunun təxribat xarakterli hücumları zamanı düşmənə göstərilən müqavimət, verilən qəti və kəskin cavablar Azərbaycanın güclü və qüdrətli orduya malik olmasını sözdə deyil, əməldə sübut etdi. Düşmən tərəfin bu namərdliyinə verilən layiqli cavab Azərbaycan Ordusunun yüksək əhval-ruhiyyədə və qələbə əzmində, həmçinin xalqla hakimiyyətin, xalqla ordunun bir yerdə olduğunu, eyni amal uğrunda əl-ələ verərək sıx birləşdiyini, ən əsası isə milli ruhun oyaq olmasının bariz nümunəsini ortaya qoydu.
Hərbi hissənin xidmətdə fərqlənən qulluqçuları  təltif olunduqdan sonra  meydanda təşkil edilən sərgiyə baxış ke,irilib. Sərgidə nümayiş etdirilən müxtəlif növ təlim döyüş texnikası, əsgər yeməkləri, geyimləri barədə qonaqlara  ətraflı məlumat verilib. Valideynlər  hərbi hissədə əsgərlərə yaradılan şəraitlə tanış olublar.
Daha sonra tədbir  incəsənət ustalarının iştirakı ilə təşkil olunmuş konsert proqramı ilə davam etdirilib.
DSC_0025 DSC_0030 DSC_0061 DSC_0090 DSC_0096 DSC_0099 DSC_0109 DSC_0127 DSC_0154 DSC_0166 DSC_0200 DSC_0204 DSC_0211 DSC_0224 DSC_0226 DSC_0239 DSC_0246 DSC_0257 DSC_0262 DSC_0276 DSC_0297 DSC_0301 DSC_0304 DSC_0320 DSC_0321 DSC_0331 DSC_0335 DSC_0356 DSC_0362DSC_0363 DSC_0366 DSC_0375 DSC_0377 DSC_0378
Facebook Şərhləndirmə:

Şərhinizi yazın