Menu
Geri İrəli

Zakir Fərəcov premyerada – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Aprel 2017 • Baxış sayı: 1,954 dəfə • 7 şərh
Share Button

DSC_0242

Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının kollektivi tamaşaçıların qarşısına yeni tamaşa ilə çıxıb. Süleyman Ələsgərov və İsi Məlikzadənin “Subaylarınızdan görəsiniz” adlı məşhur musiqili komediyası bu dəfə Sumqayıt Dövlət Dram Teatrının səhnəsində “Toy olsun” adlı yeni tamaşa ilə  təqdim olunub və səhnə əsərinin premyerası keçirilib.

Premyerada Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak edib.

Sevgi, ailə-məişət mövzusunda olan tamaşa vəziyyət komediyası janrında  qurulub. Seçim azadlığı, hiylə, xəyanət,  ailə münasibətləri komik süzgəcdən keçirilərək tamaşaçıya  təqdim olunur.

Bu əsər əvvəllər Sumqayıt teatrında uğurlu səhnə yozumunu görüb. Yeni quruluşun fərqi rejissor yanaşması ilə bərabər həm də aktyor ansamblındakı özəllikdir.

Belə ki, respublikanın xalq artistləri Afaq Bəşirqızı və Valeh Kərimov xüsusi dəvətlə teatrın yeni kreativ layihəsində rol alıblar.

Uzun illər əvvəl Azərbaycan Dövlət Musiqili Komediya Teatrının səhnəsində tamaşaya qoyulan əsərdə Səməni obrazını məharətlə ifa edən xalq artisti Afaq Bəşirqızı yenidən bu rolu canlandırıb. Afaq Bəşirqızı Səməni obrazını bu dəfə ona doğma olan Sumqayıt Teatrının səhnəsində ifa edib.

28 ildən sonra Sumqayıt teatrında eyni səhnəni bölüşən tandemin tamaşada məharətlə oynadıqları rollar premyerada iştirak edən tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

DSC_0236 DSC_0237 DSC_0239 DSC_0241DSC_0244 DSC_0252 DSC_0263 DSC_0278 DSC_0301 DSC_0308 DSC_0316 DSC_0331 DSC_0354

 

Facebook Şərhləndirmə:
Share Button

“Zakir Fərəcov premyerada – FOTOLAR” yazısına 7 cavab

  1. Gultekin deyir:

    Bir şəhərin inkişaf etməsi həm də onun mədəniyyətinin inkişafı ilə ölçülür. Əla! Belə tədbirləri alqışlayıram.

  2. Xuraman Veliyeva deyir:

    İcra başçısının teatra, mədəniyyətə dəstək olması, tamaşalarda iştirak etməsi əla təşəbbüsdür.

  3. Afet Memmedova deyir:

    Sumqayıt teatrı çox dəyişib. İnkişaf edib. Əvvəllər belə təmirli, gözəl deyildi.

  4. İlqar deyir:

    Sevimli aktyorlarimiza eshq olsun! Sumqayit medeniyyet ocaqidir. Davami gelsin

  5. Kamile Penahova deyir:

    Sumqayit ucun cox darixdim. Tezlikle sheherimize donecem, son vaxtlar cox inkisaf edib.

  6. Firuze deyir:

    Bura SUmqayıt Teatridir???
    Cox deyismish!!!

  7. niyazMocuxeli muellim deyir:

    Afaq BESIRQIZININ VE vALEH kERIMOVUN YENIDEN sUMQAYIT TEATRINA QAYITMAGI SEHERIN MEDENI INKISAFINA GUCLU TESIR EDECEKDIR.

Şərhinizi yazın