Menu
Geri İrəli

Zakir Fərəcov: “Şəhərimizdə məskunlaşmış məcburi köçkünlər çox sevinirlər ki…”

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Mart 2017 • Baxış sayı: 853 dəfə • 9 şərh

zakir ferecov444Martın 9-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə keçirilib.

M.Əliyeva müşavirənin doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın problemlərinin həllinə həsr edildiyini, bu məsələnin artıq 20 ildən çoxdur dövlətin diqqət mərkəzində olduğunu bildirib. Mehriban Əliyeva Prezident İlham Əliyevin imzaladığı qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına dair Dövlət Proqramının icrası nəticəsində soydaşlarımızın sosial, təhsil, məşğulluq, yaşayış və tibbi təyinatı istiqamətində lazımi tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Azərbaycanın birinci vitse-prezidenti qeyd edib ki, indiyə qədər bölgələrdə məcburi köçkünlər üçün 100-ə yaxın müasir yaşayış kompleksi salınıb, 250 min köçkün yeni mənzillə təmin olunub, salınan qəsəbələrdə 150 məktəb, 60 tibb mərkəzi və uşaq bağçası inşa edilib. Soydaşlarımızın işlə təmin olunması istiqamətində lazımi addımlar atılıb, son 13 ildə yüz minlərlə qaçqın və məcburi köçkün işlə təmin olunub.

Müşavirədə iştirak edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov musavat.com-a açıqla verib. O, bildirib ki, sözügedən müşavirədə Sumqayıt sakinlərini və şəhərdə məskunlaşan məcburi qaçqınları narahat edən məsələ öz həllini tapıb: “Bu müşavirədən sonra Sumqayıtda toy-bayram idi. Şəhərimizdə məskunlaşmış məcburi köçkünlər çox sevinirlər ki, onların mənzil şəraitinin yaxşılaşdırılması üçün xanım Mehriban Əliyeva göstəriş verdi. Məcburi köçkün ailələri yüzlərlə teleqramlar vuraraq, Mehriban xanıma öz mənnətdarlıqlarını bildiriblər”.

14890593313314841174_1000x669

Z.Fərəcov bildirib ki, birinci vitse-prezident vəzifəyə başlayandan sonra keçirdiyi ilk iclası Azərbaycanın ən ağrılı məsələlərindən olan qaçqın və məcburi köçkünlərin problemlərinə həsr etməsi, çox təqdirəlayiq məsələdi: “Bu, Azərbaycan dövlətinin erməni təcavüzü nəticəsində öz doğma torpaqlarından didərgin salınmış vətəndaşlarına illərdir davam edən qayğısının, dəstəyinin növbəti mərhələsidir. Qaçqınların başqa sosial problemləri ilə yanaşı, onların mənzil-məişət problemlərinin həlli də sürətləndirilir. Xanım Mehriban Əliyeva müşavirədə məcburi köçkünlərlə bağlı yeni yaşayış massivlərinin, qəsəbələrin salınması ilə bağlı konkret göstərişlər verdi”.

İcra başçısı bir məqamı da vurğulayıb: “Məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində Sumqayıt şəhərində də işlərə start verildi. İndiyədək Sumqayıtda qaçqın və məcburi köçkünlər üçün yaşayış binaları inşa olunmamışdı. Birinci vitse-prezident müşavirədə bu məsələnin həlli istiqamətində də tapşırıq verdi. Artıq Sumqayıtda qaçqınlar üçün çox mərtəbəli, çox mənzilli binalar tikiləcək. Bunun üçün konkret ərazi də ayrılıb. Bakı-Quba yolunda, Sumqayıtdan 8 kilometr məsafədə 200 hektar yer ayrılıb. Orada böyük bir qəsəbə salınacaq”.

Z.Fərəcov deyib ki, Sumqayıtda 52 min qaçqın və məcburi köçkün yaşayır: “İlk mərhələdə qəzalı binalarda – Sumqayıtda 15-ə yaxın qəzalı yataqxanada qaçqınlar yaşayır – məskunlaşmış məcburi köçkünlər yeni binalarda mənzillə təmin ediləcəklər. Bundan sonra isə uşaq bağçalarında, məktəblərdə, başqa vətəndaşlara məxsus zəbt edilmiş mənzillərdə yaşayan məcburi köçkünlər köçürüləcək”.

Azər AYXAN
Musavat.com

 

Facebook Şərhləndirmə:

“Zakir Fərəcov: “Şəhərimizdə məskunlaşmış məcburi köçkünlər çox sevinirlər ki…”” yazısına 9 cavab

  1. Vahid deyir:

    Sumqayıt üçün artıq yeni bir mərhələ başlayır! Eşq olsun Zakir müəllimə!

  2. Samirə Əliyeva deyir:

    Həqiqətən də çox sevinclidir. Sumqayıtın ən böyük problemlərindən biri də ev məsələsi, mənzil problemi, qəzalı vəziyyətdə olan binalar idi. Çox əla!

  3. Terane deyir:

    Baxçaların boşalması ilk öncə yaxşı olardı. Uşaqlarımız rahat baxçaya gedərdi

  4. Mətanət Məmmədova deyir:

    Zakir müəllim deyir və edir!

  5. Şəms deyir:

    Hörmətli Zakir müəllim! Sizə təşəkkür edirəm! Təşəkkür edirəm ki, hər zaman şəhər sakinlərinin problemlərini qabardır və operativ şəkildə həll edirsiniz!

  6. Qalib Mammadov deyir:

    Mehriban xanimin birinci vitde-prezident olaraq kecirdiyi musavirde qaldirilan mesele butun sumqayitlilarin ureyince oldu, Hormetli Zakir muellimin Sumqayitda bu gune qeder heyata kecirdiyi isler heqiqeten tqdire layiqdir. Bu meselenin en yuksek seviyede seherimizde jeyata kecirileceyine eminik.

  7. Natiq deyir:

    Zakir müəllim Sizə təşəkkür edirəm! Siz hər zaman Sumqayıt şəhər sakinlərinin problemlərini həll edirsiniz!

  8. Fatime deyir:

    Mehriban xanıma təşəkkür edirik ki, belə təşəbbüslə çıxış edib!
    Zakir müəllim də sağ olsun ki, məcburi köçkünlərin problemlərini düzgün şəkildə təqdim edib. İnanırıq ki, qısa müddət ərzində problem həll olunacaq

  9. Perviz Sultanli deyir:

    Ela! Zakir müəllim Sumqayıtda çox işlər gördü!
    Ölkə rəbərliyinin dəstəyi ilə inanırıq ki, bu problem də aradan qalxacaq. İnanırıq ki, qısa müddətdə torpaqlarımız da azad olunacaq

Şərhinizi yazın