Menu
Geri İrəli

Zakir Fərəcov Sumqayıt qadınlarını təbrik etdi – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Mart 2017 • Baxış sayı: 4,018 dəfə • Şərh yoxdur

manset

Sumqayıt şəhərində 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə bayram tədbiri keçirilib.

Bayram tədbirində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri,  hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhərdə müxtəlif sahələrində çalışan qadınlar iştirak edib.

Zakir Fərəcov  8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir iştirakçılarını və onların simasında şəhərin bütün qadınlarını təbrik edərək xoş arzularını çatdırıb.

İcra başçısı bildirdi ki, Azərbaycan qadınları tarixin bütün mərhələlərində qəhrəmanlıq, fəallıq nümunəsi göstərmiş, öz milli xüsusiyyətlərini, sədaqətliliyini, ülvi, ali hisslərini qoruyub saxlamışlar.

Sumqayıtın sosial-iqtisadi inkişafında və ictimai həyatında şəhər qadınlarının əməyi çox böyükdür. Respublikamızın hər yerində olduğu kimi, Sumqayıt şəhərində də  qadınlar ictimai-siyasi, mədəni və iqtisadi həyatında fəal iştirak edərək öz töhfələrini verirlər.

Sonra Zakir Fərəcov bir qrup qadına Fəxri fərmanlar  təqdim edib.

Rəsmi hissədən sonra tanınmış müğənnilərin iştirakı ilə konsert proqramı təqdim edilib.

DSC_0203 DSC_0204 DSC_0233 DSC_0274 DSC_0275 DSC_0285 DSC_0363
DSC_0378 DSC_0407 DSC_0409 DSC_0413 DSC_0418 DSC_0423 DSC_0464 DSC_0471 DSC_8889 DSC_055555

DSC_0499 DSC_0507 DSC_0572 DSC_0640 DSC_0651

DSC_0656 DSC_0655 DSC_0654 DSC_0653 DSC_0652

Facebook Şərhləndirmə:

Şərhinizi yazın