Menu
Geri İrəli

Zakir Fərəcov: “Sumqayıt şəhərində müasir kinoteatr olmalıdır”

Müəllif: sumqayitxeber.com • Tarix: 6 İyul 2017 • Baxış sayı: 5,489 dəfə • 6 şərh

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt şəhərində müasir kinoteatrın olmasının vacibliyini vurğulayıb.

Bu sözləri şəhərin Nəriman Nərimanov küçəsində yerləşən Nizami Kinoteatrındakı vəziyyətlə tanış olarkən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov səsləndirib.

Qeyd olunub ki, bir zamanlar yüzlərlə tamaşaçının gəldiyi kinoteatr bu gün müasir tələblərə cavab vermir. Şəhər rəhbərinə məlumat verildi ki, 1960-cı illərdə inşa olunan “Nizami” kinoteatrının binasında bu günə kimi heç bir təmir işləri aparılmayıb. 600 nəfərlik zalda oturacaqlar yararsız vəziyyətdədir.

Şəhər rəhbəri qeyd edib ki, gənclərin asudə vaxtının səmərəli keçirilməsi üçün kinoteatrdakı vəziyyət əlverişli deyil. Qısa müddət ərzində şəhərdə müasir tələblərə cavab verən kinoteatrın istifadəyə verilməsi zəruridir.

Zakir Fərəcov ərazidə sakinlərlə də görüşüb. Sakinlər görülmüş işlərə görə şəhər rəhbərinə minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, kinoteatrın qarşısındakı park da şəhər İcra Hakimiyyəti tərəfindən qısa müdətdə abadlaşdırılaraq sakinlərin ixtiyarına verilib.

DSC_0274 DSC_0283 DSC_0292 DSC_0298 DSC_0307 DSC_0308 DSC_0312 DSC_0320 DSC_0321 DSC_0322 DSC_0325 DSC_0341 DSC_0346 DSC_0353 DSC_0360 DSC_0368 DSC_0383

 

Facebook Şərhləndirmə:

“Zakir Fərəcov: “Sumqayıt şəhərində müasir kinoteatr olmalıdır”” yazısına 6 cavab

  1. Günel Ələsgərli deyir:

    Əla! Təşəkkür edirəm Zakir müəllimə!

  2. Fidan deyir:

    Günün ən xoş xəbəri! Minnətdar olarıq əgər SUmqayıtda kinoteatr olsa. Böyük olmasa da olar. Əsas odur gedəcəyimiz bir mədəni yer olsun

  3. Kamil deyir:

    Birinci dəfərid residirəm ki bele bir mekan olub. Sumqayitda en cox ehtiyac olunan yerlerden biri kinoteatrdir. Burdan vurub bakiya niye gedek ki. Oz sheherimizin kinoteatri olmalidir. Amma medeni, her kesin gede bileceyi yer. Biraz da ucuz olsa ela olar))

  4. Perviz Memmedli deyir:

    Zakir müəllim şəhərimnizi gözəlləşdirir. Hər kəsi düşünür. Yaşlını da cavanı da uşağı da! Eşq olsun belə başçıya.

  5. Elvin deyir:

    Ehsen Zakir muellime cox gozel qerarlar verir,olkemizde gunu gunden maashALLAH gozel kinolar cekilir niye gore gedib Bakida baxlmaliyiq iki qatda xercimiz cixir. ALLAH komeyi olsun

  6. Faiq İslamov deyir:

    Bulvar tikiləndə inanmırdıq belə sürətlə və gözəl olacaq. Şəxsən mən inanmırdım belə tez tikilsin. Axır ki, illərlə göğzlədiyimiz bulvar tikilib istifadəyə verildi. İndi qalır bulvarımızı qorumaq. Təmizliyə riayət etmək…

Şərhinizi yazın