Menu
Geri İrəli

Zakir Fərəcov Sumqayıt yazarları ilə görüşüb

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Oktyabr 2016 • Baxış sayı: 1,397 dəfə • 9 şərh

Dünən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Heydər Əliyev parkında yerləşən “Poeziya evi”ndə Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin üzvləri olan şair və yazıçılar ilə görüşüb.

Tədbiri Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədri Sabir Sarvan giriş sözü ilə açıb və sonra sözü qələm sahiblərinə verib.

Yazarlar çıxış edərək söz adamlarına göstərilən diqqət və qayğıya, poeziya sevənlərə belə bir şəraitin yaradıldığına görə öz minnətdarlıqlarını bildiriblər. Son bir il ərzində şəhərdə görülən işləri, Heydər Əliyev Mərkəzinin, şahmat məktəbinin, İncəsənət məktəbinin tikilib istifadəyə verilməsini, “Sülh” küçəsində aparılan genişləndirmə işlərini, əzəmətli park-bulvar kompleksinin yaradılmasını yüksək qiymətləndirərək ölkə başçısı İlham Əliyevə və şəhər rəhbərinə razılıqlarını bildiriblər.

Yazarlar özlərinin şerlərini oxuyub, arzu və istəklərini bildiriblər.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov “Poeziya evi”nin yazıçıların istifadəsinə verilməsini əlamətdar hadisə adlandırıb və bu münasibətlə sumqayıtlı yazarları təbrik edib. Yazarları “Şəhərin brendləri” adlandıran şəhər rəhbəri belə dəyərli insanlarla bir arada olmaqdan məmnun olduğunu bildirib.  Eyni zamanda, son bir il ərzində şəhərdə həyata keçirilən yeni layihələrə nəzər yetirib, gələcək planlardan danışıb. Sumqayıt və sumqayıtlılara göstərdiyi diqqət və qayğıya görə prezient İlham əliyevə bütün sumqayıtlılar adından təşəkkürünü bildirib.

Sumqayıtlı şair və yazıçılarla icra hakimiyyəti başçısının görüşü səmimi şəraitdə başa çatıb.

Axırda Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov görüş iştirakçıları ilə xatirə şəkli çəkdirib.

dsc_0241 dsc_0097-1 dsc_0175-1 dsc_0217-1 dsc_0239

Facebook Şərhləndirmə:

“Zakir Fərəcov Sumqayıt yazarları ilə görüşüb” yazısına 9 cavab

  1. Huseyn deyir:

    Yazıçılar hər zaman cəmiyyətin qaymaqları olub. İcra başçımızın yazarlarla görüşməsi xoş haldır. Amma təəssüf ki, sumqayıtlı yazarların çoxun mən tanımıram.

  2. Gunel Recebova deyir:

    Şəkildə gənc yazarlardan görmürəm, yaxşı olardı ki, gəncləri də önə çəkəsiniz, onların a yaradıcılığına stimul verəsiniz ki, inkişaf edə bilsinlər.

  3. Cavidan deyir:

    Sumqayitda yaxsi yazar azdir. Yaxsi yazarlarin da tebligati zeif gedir. Bu gune kimi kim ne edibse oz gucune edib. İcra bascimiz sag olsun yene onlara deyer verib gorusub. Men de raziyam genc yazarlari da uze cixartmaq lazimdir

  4. Fidan deyir:

    Cingiz Abdullayevi, Anari, Ramiz Rovseni diger yazicilari mence devet etmek lazimdir. Genclerle gorusdurmek lazimdir.

  5. Ramiz deyir:

    Bu yazicilar icinde ikisini tanidim, Sahile İbrahimovani, bir de Eyvaz Qocayevi.
    Sahilenin “Yuxari ve asagi etraflar”, “Varli kisinin portmanati” eserlerini oxumusam. İstedadlı yazardır.
    Eyvaz Qocayev fərdi inkişaf yazarı olsa da “Karyera Bələdçisi” kitabını oxumusam, en cox satilan kitablardandir. Bu iki yazarin kitablarina Bakida kitab magazalarında rast gəlirik. Amma o biri yazarlari tanimiram, cunki ozleri kitabi ciardib paylayirlar. Mence yazicinin kitabi kitab magazalarinda olar, satilar, oxucu maraqi qazanar. Yazici bele taninir.
    O ki qaldi poeziya evine. Mence cx ugurlu bir addimdir.
    Sag olsun Zakir Ferecov. Heqiqeten cox maraqli addimlar atir seher ucun. Umid edek ki bundan sonra da bele maraqli layihelerin sahidi olacaqiq.

  6. Anar deyir:

    İbrahim İlyaslının gözel serləri var. Saz sədaları altında dinləyəndə gözl olur.

  7. Ayliye deyir:

    Yaxşı yazıçı 100 ildə bir çıxır. Ümumiyyətlə sovet dövründə çıxan yazıçılar məncə daha samballı idilər. Əsərləri də maraqlı və oxunaqlı idi. İndiki yazarlardan bir ikisini çıxmaq şərti ilə elə də istedadlıları yoxdur. Nəinki Sumqayıtda elə bakıda da.

  8. Yegane deyir:

    Ofelya muellime deyil qabaqda oturan? Bilmirdim Ofelya muellim de yazarliqla mesquldur. Yaradiciliqi ile tanis olmaq isterdim

  9. Qulu Əlioğlu deyir:

    Ofelya xanım Babayeva Cox gozəl şairədir. Azəbaycan Yazıcılar birliyinin uzvudur. Coxlu sayda seirləri ədəbi -bədii jurnallarda dovru mətbuatda həmişə cap olunur. Coxlu seirlər kitablarının muəllifidir. Eyni zamanda Azərbaycanda maarifin, təhsilin inkişafında boyuk xidmətləri olmuşdur.

Şərhinizi yazın