Menu
Geri İrəli

Zakir Fərəcov Sumqayıtda müasir üslubda inşa edilən Heydər Əliyev Mərkəzində – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 5 İyul 2016 • Baxış sayı: 2,934 dəfə • 2 şərh

Ümummilli liderin adını daşıyan parkda müasir üslubda tikilməkdə olan Heydər Əliyev Mərkəzində işlər yekunlaşmaq üzrədir.

Mütəmadi olaraq şəhərdə gedən tikinti işlərinə baş çəkən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bu gün Heydər Əliyev Mərkəzində olub.

Şəhər rəhbəri Mərkəzin tikintisi ilə bağlı tapşırıq və tövsiyələrini verib.

4 mərtəbədən ibarət milli və müasir memarlıq ənənələrini əks etdirən möhtəşəm mərkəz artıq indidən əzəməti ilə diqqət çəkir. Burada 400 nəfərlik akt zalı, nikah mərasimlərinin keçiriləcəyi zal, gənclər üçün müzakirə və diskussiya zalları, elektron kitabxana da yaradılacaq. Möhtəşəm görünüşü ilə hər kəsi heyran edəcək mərkəzdə linqafon, internet və rəssamlıq otaqları, fotostudiya və rəqs zalı da fəaliyyət göstərəcək.  Tikintisi yekunlaşmaq üzrə olan Mərkəz həm özünün unikallığı, həm də böyüklüyü ilə seçiləcək, şəhərə xüsusi yaraşıq verəcək.

sumqayitxeber.com fotoları təqdim edir: 

DSC_0002 DSC_0003

DSC_0008 DSC_0020 DSC_0030 DSC_0040
DSC_0067 DSC_0082 DSC_0088 DSC_0094 DSC_0107 DSC_0116 DSC_0125 DSC_0128 DSC_0135 DSC_0139 DSC_0152 DSC_0154 DSC_0155 DSC_0157 DSC_0174

 

Facebook Şərhləndirmə:

“Zakir Fərəcov Sumqayıtda müasir üslubda inşa edilən Heydər Əliyev Mərkəzində – FOTOLAR” yazısına 2 cavab

  1. Iman Agayev deyir:

    Təşəkkürlər canab başçı Sizin gəlişinizlə Sumqayıt ikinci baharını yaşayır və sanki yenidən doğuldu. Bu inkişafa görə Sizə dərin minnətdarlığımızı bildiririk…

  2. niyaz muellim deyir:

    KISI sozu,bele olur.Qeyretli BASCIMIZIN emelleri isiq sacir SUMQAYITDA. ESQ olsun bele emel memarligina ve soz memarligina.

Şərhinizi yazın