Menu
Geri İrəli

Zakir Fərəcov sumqayıtlı idmançılarla görüşdü – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 2 İyun 2017 • Baxış sayı: 5,034 dəfə • 1 şərh

 DSC_0103

Sumqayıt şəhər  İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş sumqayıtlı idmançılarla və onların məşqçiləri ilə görüşüb.

İdmançılarımızı İslam Həmrəyliyi Oyunlarında qazanılmış qələbələr münasibətilə təbrik edən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bildirib ki, oyunların yekunlarına görə, yığmamız 75 qızıl, 50 gümüş və 37 bürünc medal qazananmaqla ümumi hesabda 1-ci yeri tutub. Sumqayıt üçün sevindirici haldır ki, bu oyunlarda şəhər idmançıları ümumilikdə 13 medal qazanıblar ki, onlardan 3-ü qızıl, 3-ü gümüş və 7 bürüncdür.

Qeyd olunub ki, Prezident İlham Əliyevin idmançılara xüsusi qayğı ilə yanaşması, müasir idman qurğularının, Olimpiya İdman komplekslərinin tikilməsi idmançılarımızın Olimpiya Oyunlarında, qitə və dünya çempionatlarında, digər beynəlxalq yarışlarda qələbələr qazanmasına zəmin yaradır.

Ölkəmizin mötəbər idman yarışlarına ev sahibliyi etməsinin arxasında da məhz Azərbaycanın inkişafı, müasir idman infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır.

Sonra çıxış edən tədbir iştirakçıları idmançılara göstərilən dəstəyə, diqqət və qayğıya görə Prezident İlham Əliyevə və şəhər rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonda “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılara və onların məşqçilərinə fəxri fərman və mükafat təqdim olunub.

DSC_0034 DSC_0038 DSC_0039 DSC_0041 DSC_0043 DSC_0048 DSC_0049 DSC_0052 DSC_0053 DSC_0057 DSC_0059 DSC_0060 DSC_0062 DSC_0064 DSC_0066 DSC_0068 DSC_0071 DSC_0078 DSC_0079 DSC_0081 DSC_0083 DSC_0085 DSC_0087 DSC_0089 DSC_0095

Facebook Şərhləndirmə:

“Zakir Fərəcov sumqayıtlı idmançılarla görüşdü – FOTOLAR” yazısına bir cavab

  1. Gunel Qiyasova deyir:

    MaşaAllah, Allah qorusun, Sizi !!!

Şərhinizi yazın