Menu
Geri İrəli

Zakir Fərəcov “sumqayitxeber.com”un əməkdaşını mükafatlandırdı

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Sentyabr 2015 • Baxış sayı: 1,665 dəfə • 1 şərh

11998912_874330012655227_734021015546956858_n

Sumqayıt şəhər təhsil işçilərinin sentyabr konfransında təhsil sahəsində bir sıra uğurlara imza atmış müəllimlər və gənclər mükafatlandırılıb.

Mükafatlandırılanlar arasında “sumqayitxeber.com” xəbər portalının əməkdaşı Sevinc Salehqızı da olub. İcra başçısı bəzi müəllimləri və yüksək bal toplayaraq tələbə adını qazanmış gəncləri  fəxri fərmanlarla və qiymətli əşyalarla mükafatlandırılıb.

Qeyd edək ki, Sevinc Salehqızı “Sabahın alimləri” Müsabiqəsində bu il bürünc, ötən il isə gümüş medal qazanıb, ana dilimizi sevək və sevdirək, dil və mədəniyyət festivalında şəhərimizi təmsil edib.

Sevinc Salehqızı Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanı qızıl medalla bitirərək yüksək balla Qafqaz Universitetinə daxil olub.

“sumqayitxeber.com” olaraq əməkdaşımızı təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.

12002931_874330019321893_5413153183402141261_n (1)

 

Facebook Şərhləndirmə:

“Zakir Fərəcov “sumqayitxeber.com”un əməkdaşını mükafatlandırdı” yazısına bir cavab

  1. Mustafa deyir:

    Salam. Bu tedbirde cekilen fotolari hardan elde ede bilerik. Xahis edirem cavablandirardiniz.

Şərhinizi yazın