Menu
Geri İrəli

Zakir Fərəcov təmirdən sonra istifadəyə verilən poliklinikada olub -FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Noyabr 2016 • Baxış sayı: 3,413 dəfə • 6 şərh

Sumqayıt şəhərində əhaliyə müalicə-profilaktik xidmət göstərən 1 saylı Poliklinika təmirdən sonra istifadəyə verilib.

dsc_0180

Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov 1 saylı Poliklinikada  əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub  və burada şəhərdə fəaliyyət göstərən səhiyyə müəssisələrinin baş həkimləri ilə görüşüb.

Qeyd olunub ki, 1 saylı poliklinika 1989-cu ildə fəaliyyətə başlayıb. Bu illər ərzində poliklinikada əsaslı təmir işləri aparılmayıb. 2015-ci ilin noyabr ayında poliklinikanın əsaslı təmirinə başlanılıb. Əsaslı təmirdən sonra burada keyfiyyətli tibbi xidməti göstərmək üçün hər cür şərait yaradılıb, müasir standartlara cavab verən avadanlıqlarla təmin olunub. İki mərtəbə və 26 kabinetdən ibarət olan poliklinikada istilik, yanğından mühafizə – siqnalizasiya, kamera-nəzarət  sistemləri quraşdırılıb.

1 saylı Poliklinikaya baxış keçirildikdən sonra şəhərdə fəaliyyət göstərən səhiyyə müəssisələrinin baş həkimləri ilə görüşüən Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov qeyd edib ki, əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün xəstəxanaların və poliklinikaların təmiri, müasir avadanlıqlarla təchizatı çox vacib amillərdəndir.

Şəhərdə təmirə ehtiyacı olan bütün tibb müəssisələrinin tezliklə müasirləşdiriləcəyini vurğulayan şəhər rəhbəri səhiyyə işçilərinə öz tapşırıq və tövsiyələrini verib.

dsc_0043 dsc_0053 dsc_0071 dsc_0172
dsc_0207 dsc_0236 dsc_0243-1 dsc_0257 dsc_0284 dsc_0295 dsc_0296

3335 3332 dsc_0298 dsc_0301 z

dsc_0017 dsc_0016-3 dsc_0015-1 dsc_0013 dsc_0011-2 dsc_0006 dsc_0007-3 dsc_0009-1 dsc_0010 dsc_0002-3 dsc_0003-1 dsc_0004 dsc_0005-2 dsc_0001

 

Facebook Şərhləndirmə:

“Zakir Fərəcov təmirdən sonra istifadəyə verilən poliklinikada olub -FOTOLAR” yazısına 6 cavab

  1. Ramin Veliyev deyir:

    Çox gözəl. Axır ki, poliklinikalara da əl gəzdirildi. Üzr istəyirəm bura tövləyə oxşayırdı. Sağ olsun əziyət çəkənlər.

  2. Ulduze deyir:

    Zakir Fərəcov əziyyət çəkir, xəstəxanaları təmir edir amma məncə həkimləri də dəyişmək daha savadlı həkimləri şəhərimizə cəlb etmək lazımdır. Çoxu köhnə üsullarla müalicə edir hələ də. Seminarlar, konfranslar təşkil etmək lazımdır. Həkimləri təkmilləşdirmək lazımdır. Bu da şərtdir.

  3. Gunel deyir:

    Birinci foto çox pozitiv fotodur. Düzgün seçmisiniz.

  4. Leman Qasimova deyir:

    Zakir müəllim səhiyyəyə çox önəm verir. Hər halda mətbautdan bunu hiss edirəm. İnanıram ki, digər xəstəxanaları da tezliklə təmir etdirəcək. çünki əhalinin sağlamlığı əsas şərtdir.

  5. Mezahir Huseynli deyir:

    Icra Bascimizla fexr edirem

  6. Mahir Gulehmedov deyir:

    Zakir muellime ayrica cavan kadrlara her sahede onem verdiyi kimi sehiyyedede onem vermesine gore derin tesekkurumu bildirirem.

Şərhinizi yazın