Menu
Geri İrəli

ZAKİR FƏRƏCOV “TƏMİZLİYƏ” BAŞLADI – İdarə müdirlərini hədələdi, birini zaldan qovdu

Müəllif: Sumqayitxeber.com • Tarix: 10 Sentyabr 2015 • Baxış sayı: 1,424 dəfə • 4 şərh

2ad474f579b6fb41aeabe39fb274e926_XL

Bu gün Sumqayıt şəhər İcra Hakimiyyətində yeni başçı Zakir Fərəcov şəhərdə fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri ilə ilk görüşünü keçirib

Yeni başçının tənqid hədəfi ilk növbədə Təhsil şöbəsinin müdiri əvəzi Vaqif Ələkbərov olub. Zakir Fərəcov iclas zamanı deyib ki, şöbə müdiri əvəzi sentyabrın 8-də şəhərdəki bütün məktəb direktorlarının hərəsindən 500 manat pul yığaraq, guya ayın 10-da keçiriləcək konfrans ərəfəsi kimlərəsə hədiyyə alınacağını bildirib.Vaqif Ələkbərovun digər qanunsuz əməllərini də sadalayan icra başçısı onu birbaşa iclas zalından qovub.

Digər məlumata görə, Zakir Fərəcovun tənqid etdiyi şəxslərdən biri Sumqayıt şəhər Arxitektura və Memarlıq İdarəsinin rəis müavini Kamil Məmmədov olub. İcra başçısı son illər şəhərdə bu sahədə ciddi qanun pozuntularına yol verildiyini və bu əməlinə görə Kamil Məmmədov da olmaqla hər kəsin cavab verəcəyini bəyan edib.
İclasda şəhər Kommunal Təsərrüfatı Departamentinin rəhbəri, eləcə də şəhər təsərrüfatına cavabdeh olan digər şəxslər də Zakir Fərəcovun qınağına tuş gəliblər.
Məlumatda qeyd edilir ki, icra başçısının Dezinfeksiya İdarəsinin rəisi ilə maraqlı dialoqu da olub. Zakir Fərəcov rəisə hər gün Bakıdan Sumqayıta gəlib-getdiyini, aylıq əmək haqqının 300 manat olduğunu xatırladaraq, bu məbləğin onun bahalı avtomobilinin heç yanacaqpulu etmədiyini bildirib.
İcra başçısı son illər Sumqayıtda əhalinin narazılığına səbəb olan məsələlərlə bağlı daha ciddi faktlarının olduğunu və buna heç kəsin məsuliyyətdən yaxa qurtarmayacağını vurğulayıb.
Qeyd edək ki, Eldar Əzizov Gəncədən Sumqayıta icra başçısı təyin olunandan sonra bu şəhərdə çox sayda vəzifəyə öz adamlarını təyin edib. Zakir Fərəcovun yaxın zamanda həmin şəxslərin hamısını işdən çıxaracağı istisna edilmir.

 /AzadSÖZ/

Facebook Şərhləndirmə:

“ZAKİR FƏRƏCOV “TƏMİZLİYƏ” BAŞLADI – İdarə müdirlərini hədələdi, birini zaldan qovdu” yazısına 4 cavab

  1. Solmaz Cahangirova deyir:

    HÖRMƏTLİ ZAKİR MÜƏLLİM, BİLİRƏM Kİ, ÇİYNİNİZƏ ÇOX AĞIR BİR YÜK GÖTÜRDÜNÜZ.PREZİDENTİMİZİN DİZƏ İNAMININ MƏSULİYYƏT YÜKÜ, SUMQAYITLILARIN SİZƏ SON ÜMİDİ VƏ İNAMININ YÜKÜ.BİR AĞBİRÇƏK ZİYALI, ŞAİRƏ KİMİ VERDİYİNİZ HƏR BİR QƏRSRA, ATACAĞINIZ HƏR ADDIMA ŞƏHƏRİMİXİN KÖHNƏ SUMQAYITLILARI VƏ ONLARIN YETİŞDİRDİKLƏRİ GƏNCLƏR DƏSTƏK OLACAQ.SİZİ HƏMİŞƏ DƏSTƏKLƏYƏCƏYİK.ZAKİR MÜƏLLİM , UZUN YAZIŞMALARA BAXMAYARAQ, 21A XƏTTİLƏ İŞLƏYƏN QAZELLƏR YENƏ İSTİFADƏDİR, BUNDAN ƏLAVƏ BU MARŞRUTUN YOLU QƏTİYYƏN TƏMİR EDİLMƏDİYİNDƏN YARARSIZDIR,ONA GÖRƏ 2 SAATDAN BİR BU XƏTDƏ QAZEL İŞLƏYİR,SƏRNİŞİN TUTUMU 14 NƏFƏRDİR, TƏLƏBATI ÖDƏMİR.ATALAR DEMİŞKƏN, ÇÖRƏYİ VER ÇÖTƏKÇİYƏ.SİZƏ QURBAN KÖHNƏ SUMQAYITLILARIN BU XAHİŞİNİ NƏZƏRƏ ALIN.ÖMRÜNÜZƏ DUAÇIYIQ.

  2. 14cü məhəllə 112 ci binanın sakinləri deyir:

    Hörmətli Zamir müəllim.Sizdən xahiş edirik vaxtınızdan 5 dəqiqə oğurlayıb 14 cü məhəllə ev 112 yə baş çəkəsiniz.Ümidvaram ki bu həyəti belə gördükdə başınızı tutub qaçmayacaqsınız.Çox xahiş edirik bizim dəvəti qəbul edəsiniz.

  3. 14cü məhəllə 112 ci binanın sakinləri deyir:

    Hörmətli Zakir müəllim.Sizə 14 cü məhəllə 112 evin sakinləri müraciət edərək xahiş edirik ki,5 dəqiqə vaxtınızdan alıb bizim həyətə baş çəkəsiniz.Ancaq başınızı tutub qaçmayasınız.Nə üçün ki məhləyə girmək mümkün deyil.20 metrəlikdə həyətin düz ortasında karaoke,bar kafe restoran çayxana maqazin podstansiya bankomatlar .Bir həyətdə nə qədər tikili olar.Uşaqların oynamağa yeri yoxdur.

  4. Əli Turanov deyir:

    Hörmətli Zakir müəllim! Sizdən xahiş edirik Vaqif Ələkbərovu qovduğunuz kimi onun sakinlərin qanını içən oğlunuda təhlükəsizliyin şöbə müdürlüyündən bayıra atasınız. Şəhərin canını bu quduzardan xilas edin.

Şərhinizi yazın