Menu
Geri İrəli

Zakir Fərəcov tibb işçilərini təbrik etdi – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 20 İyun 2016 • Baxış sayı: 6,801 dəfə • Şərh yoxdur

17 iyun tibb işçilərinin peşə bayramı günü münasibəti ilə Sumqayıt  Şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə bayram tədbiri təşkil olunub.

Tədbirdə Sumqayıt  Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, tibb ocaqlarının təmsilçiləri və onları təbrik etməyə gəlmiş qonaqlar iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti cənab İlham ƏliyevinSumqayıtda səhiyyə işçiləri ilə unudulmaz görüşündən videokadrlarlar nümayiş etdirilib.

Görüş zamanı dövlət başçısının ölkədə səhiyyənin dinamik inkişafı, Sumqayıtda əhalinin sağlamlığına göstərilən qayğının artması ilə bağlı söylədiyi fikirlər alqışlarla qarşılanıb.

Sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov səhiyyə işçilərini peşə bayramı münasibəti ilə təbrik edib, onlara ən xoş arzularını bildirib və şərəfli işlərində  uğurlar arzulayıb.

Azərbaycanda tibb elminin inkişafında böyük uğurlara imza atdığını söyləyən şəhər rəhbəri səhiyyəmizin tərəqqqisi və bugünkü səviyyəyə çatmasında misilsiz rol oynamış ulu öndər Heydər Əliyevin böyük xidmətlərindən bəhs  edib, möhtərəm prezidentimiz İlham Əliyevin əhalinin sağlamlığına daim qayğı göstərdiyini xüsusi vurğulayıb.

Zakir Fərəcov Sumqayıtın qabaqcıl tibb işçilərinin bir qrupuna icra hakimiyyətinin fəxri fərmanlarını təqdim edib və bütün ağxalatlılara yüksək peşəkarlıla yanaşı, həm də nəcib keyfiyyətləri və xeyirxahlıqları ilə seçilməyi arzulayıb.

Bu günlədə Prezident sərəncamı ilə əməkdar həkim adına layiq görülmüş U.Musabəyova adına Sumqayıt Oftalmoloji Xəstəxanasının baş həkimi iradə Əliyeva fəxri ada görə minnətdarlıq duyğularını ifadə edib. Digər çıxış edənlər diqqət və qayğıdan məmnunluqlarını bildirib və bundan sonra da əhalinin sağlamlığı keşiyində yüksək sayıqlıqla dayanacaqlarını söyləyiblər.

Dədbir incəsənət ustalarının təqdim etdikləri konsert proqramı ilə davam edib.

DSC_0003 DSC_0004 DSC_0006 DSC_0007 DSC_0008 DSC_0009 DSC_0012 DSC_0021 DSC_0028 DSC_0044

DSC_00996 DSC_0051 DSC_0066 DSC_0071 DSC_0078 DSC_0083 DSC_0088 DSC_0091 DSC_0095 DSC_0097 DSC_0107 DSC_0112 DSC_0119 DSC_0122 DSC_0129 DSC_0134 DSC_0140 DSC_0146 DSC_0151 DSC_0156 DSC_0163 DSC_0167 DSC_0192 DSC_0221 DSC_0223 DSC_0226 DSC_0244 DSC_0260 DSC_0266 DSC_0270

Facebook Şərhləndirmə:

Şərhinizi yazın