Menu
Geri İrəli

Zakir Fərəcov üçün özəl gün – bu gün şəhər rəhbərinin doğum günüdür

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Fevral 2017 • Baxış sayı: 3,023 dəfə • 25 şərh

Zakir ferecov32Bu gün Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun doğum günüdür.

sumqayitxeber.com-un məlumatına görə şəhər rəhbərinin 63 yaşı tamam olur.

Zakir Fərəc oğlu Fərəcov 1954-cü il fevralın 3-də Laçın rayonunun Qazıdərə kəndində anadan olmuşdur.
1961-1971-ci illərdə orta ümumtəhsil məktəbində təhsil almışdır.
Əmək fəaliyyətini 1971-ci ildə Sumqayıt Superfosfat zavodunda fəhlə kimi başlamışdır.
1972-ci ilin noyabr ayından 1974-cü ilin noyabr ayınadək Murmansk vilayətinin Severomorsk şəhərində keçmiş Sovet Ordusunda həqiqi hərbi xitmətdə olmuşdur.
1971-ci ilin yanvar ayında Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı İstehsalat birliyində texnik kimi işə başlamışdır.
1975-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrufatı İnstitutunun “Sənaye İqtisadiyyatı” fakültəsisin axşam şöbəsinə daxil olmuş, 1980-cı ildə həmin İnstitutu bitirmişdir.
1978-ci ildə Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı birliyində şöbə rəisi, 1981-ci ildə baş direktorun müavini, 1988-ci ildə Mənzil Kommunal İstehsalat birliyinə baş direktor təyin olunmuşdur.
1999-cu ildə keçirilən bələdiyyə seçkilərində iştirak etmiş və Sumqayıt şəhər bələdiyyəsinin sədri seçilmişdir. 2005-2015-ci illərdə isə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2012-ci il tarixli 2625 saylı Sərəncamına əsasən Abşeron rayonunun yaradılmasının 50 illiyi münasibətilə və rayonun sosial-iqtisadi inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub.
Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2015-ci il tarixili Sərəncamı ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 04 oktyabr 2016-cı il tarixli sərəncamı ilə Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafındakı xidmətlərinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Ailəlidir, 4 qızı, 1 oğlu, 11 nəvəsi var.

SUMQAYİTXEBERCOM olaraq şəhər rəhbərini təbrik edir, uzun ömür, cansağlığı, fəaliyyətində uğurlar arzulayırıq! 
Facebook Şərhləndirmə:

“Zakir Fərəcov üçün özəl gün – bu gün şəhər rəhbərinin doğum günüdür” yazısına 25 cavab

  1. Sənan Bayramov deyir:

    Tebrikler can sagligi Allahdan

  2. Xalid Esedov deyir:

    Tebrik edirik. Can sagligi, ishlerinde ise ugular.

  3. Ramil Aliyev deyir:

    Hormetli zakir muellim sizi semimi qelbden tebrik edirik.sumqayitimizi gunu gunden gozellesdirdiyiniz ucunde size oz minnetdarliqimizi bildiririk

  4. Əşrəf Veysəlli deyir:

    Təbrik edir və mohkəm can sağliği arzulayiriq.

  5. Rovshan Mejidov deyir:

    Təbrik edirəm!

  6. Kemalə deyir:

    Zakir müəllim Sumqayıt üçün qısa müddətdə çox işlər gördü. Şəhər çox dəyişib. İnanıram ki, bundan sonra da Zakir müəllimin rəhbərliyi altında Sumqayıt üçün çox işlər görüləcək. Bu bir başlanğıc idi.
    Allah şəhər rəhbərinə uzun ömür can sağlığı versin. İşlərində uğurlar arzulayıram!
    100 yaşayın!

  7. Ahmeddin Rajabli deyir:

    TƏBRİKLƏR,TƏBRİKLƏR yenədə TƏBRİKLƏR…

  8. Taleh Memmedov deyir:

    enab başçını mende semimi qelbden tebrik edirem! Hörmetli Zakir müellime uzun ömür möhkem can sağlıqı ve gelecek işlerinde uğurlar arzulayıram! Ad Gününüz Mübarek!

  9. Murvet Behremov deyir:

    Bizdə bütün təbriklərə qoşuluruq, Allah sizi bizlərdən əskik etməsin

  10. Zahir Abbas deyir:

    Tebrikler, 100 yaşin!

  11. Melahet Haciyeva deyir:

    Tebrikler. Can sağlığı arzulayırıq.100 yaşayın.

  12. Zaur Qiyasov deyir:

    Allah can sagligi versin,islerinde ugurlar!!!

  13. Shebnem Quliyeva deyir:

    Tebrik edirem uzun omur can sağlığı arzu edirəm

  14. Ayaz Oruczada deyir:

    Tebrikler can sagligi arzulayiram

  15. Huseyn Safarov deyir:

    Təbrık edırəm 100 yüz yaşayasiz Uzun ömür arzulayiram

  16. Ramil Ferecli deyir:

    HORMETLI ZAKIR MUELLIM SIZI SEMIMI QELBDEN TEBRIK EDIREM , SIZE CAN SAGLIGI UZUN OMUR VE HEMISE ZIRVELERDE OLMANIZI ARZU EDIREM . SUMQAYIT SIZIN SAYENIZDE OZ GOZELLIK EKSINI TAPDI , TESEKKUR EDIREM SIZE 100 YASAYIN, TEBRIK EDIRM

  17. Rəhim Həsənov deyir:

    Təbrik edir və mohkəm can sağliği arzulayiram.
    .

  18. Enver Penciyev deyir:

    Uzun omur can saqliqi iwlerinde uqurlar, weherimiz ucun goreceyi gelecekdeki iwlerde irelileyiwler arzulayiram

  19. Ceyhun deyir:

    Cənab Başçımız Sizi səmimi qəlbdən təbrik edir, can sağlığı işlərinizdə uğurlar arzu edirik. Sizin rəhbərliyiniz ilə şəhərimiinz günü-gündən dahada gözəlləşəcəyinə əminik və daima sizin yanınızdayıq. Təbriklərrrr

  20. Polad Agalarzade deyir:

    Tebrik edirem hörmetli Zakir Müellim, Allahdan size sağlam Can arzulayıram,, işlerinizde yeni- yeni Uğur’lar arzu edirem,, Sizin sayenizde Sumqayıt şeheri Gözel menzereye çevrilib, her bir Şeher sakini bu işleri görür ve layiqli qiymetlendirir,Başda siz olmaqla Şeherimizin yeniden qurma işlerinde fealiyyeti olan her bir nefere, öz adımdan derin minnetdarlığımı bildirirem. Allah sizi qorusun.

  21. Gunel Qiyasova deyir:

    Hörmətli Zakir müəllim,
    Tamamilə mübaliğəsiz deyə bilərik ki, bu gün Sumqayıt həyatının yeni mərhələsini yaşayır. 2015-ci ilin sentyabr ayında Cənab Prezident İlham Əliyevin Sizi Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin etməsi hər bir sumqayıtlını sevindirməklə yanaşı, şəhərimizin yenidən qurulacağı, abadlaşacağı ilə bağlı təbii gözləntilər yaratdı.
    Bu təyinatdan keçən 1 il ərzində hər birimiz bu gözləntilərin hansı miqyasda, hansı keyfiyyətdə və intensivlikdə reallaşdığına şahidlik etdik. Sizin səyləriniz, işguzarlığınız nəticəsində Sumqayıtımız büsbütün dəyişdi, müasirləşdi, gözəlləşdi bu, sadəcə, abadlıq, quruculuq işi deyildi, bu, şəhərin yenidən qurulması idi. Dövlət başçısı Sumqayıt bulvarını “möcüzə” adlandırdı. Bu möcüzə Sizin doğma şəhərinizə sevginizin, münasibətinizin sayəsində reallaşdı.
    Hörmətli Zakir müəllim,
    Siz sumqayıtlı gənclərin dostu olaraq həmişə bizim yanımızdasınız. Sumqayıtlı gənclər adından Sizi doğum gününüz münasibətilə təbrik edir, möhkəm can sağlığı, uzun ömür və başladığınız işlərdə ardıcıl uğurlar arzulayıram.
    Hörmətlə: Qiyasova Günel

  22. RƏNA İMANOVA deyir:

    ZAKİR FƏRƏCOV tarixdə yaranan nadir şəxsiyyətlərdən biridir, desək yanılmarıq. Allah ona dərin zəka, iti ağıl, yüksək zövq, savad və böyük bacarıqla yanaşı, həm də xoş bir taleh qismətinə yazıb. Daha yüksək zirvələrə layiq olan Zakir müəllimin Sumqayıta verdiyi yeni nəfəsin təravəti hər tərəfə yayılaraq, hamını valeh edir. Dünyanın ən gözəl şəhərinə çevriləcək Sumqayıt onun əsl sahibi, əvəzsiz İcra başçısı ZAKİR FƏRƏCOVUN adı ilə daha çox məşhurlaşır.. Bütöv şəxsiyyətə doğum günü münasibəti ilə Ulu Tanrıdan uzun ömür, cansağlığı, bol-bol ruzi-bərəkət, sevincli günlər arzulayırıq. Bacarığı ilə bəzilərini kölgədə qoyan Zakir müəllimə həmişə VAR OL, SAĞ OL, QALİB OL, deyirik!!! RƏNA İMANOVA, ƏZİZ ALMƏMMƏDOV

  23. niyaz muellim deyir:

    Dogum gununuz mubarek olsun,xalqimizin Qeyretli ve Vuqarli oglu.Size Azerbaycanimiz qeder omur arzulayiram.Sizin nurlu simaniz ebedi yasar olsun.Kollektivimiz adindan Size daha boyuk ucaliq dileyirem.

    Hormetle, Niyaz muellim,16 nomreli mekteb..

  24. Solmaz Cahangirova deyir:

    Zakir müəllimin fəaliyyəti,bu şəhərə ömrünü,gəncliyini,sağlamlığını xərcləməsi deməyə əsas verir ki, onun sağlığında adının əbədiləşməsi bu şəhərimiz üçün gərəkli və vacibdir.Hər bir köhnə sumqayıtlı və sakinlər onun əməyunun bəhrədini inkar etməz.Zakir müəllimin adı əbədiləşməlidir.Təşəbbüs qrupunun rəhbəri Solmaz Bahadur qızı Cahangirova ,şairə.

  25. Adil m/ deyir:

    Yaxın cənubdan mən də Zakir m. təbrik edirəm! Zakir m.heç bir bağlılığım yoxdur. Sadəcə qısa müdddət ərzində Sumqayıt şəhəri və insanları üçün etdikləri ilə tarix yaza bildi. Sübut etdi ki, necə işləmək lazımdır. Apardığı kadr siyasəti də sumqayıtlılar tərəfindən bəyənilir! Həm də deyirlər böyük ürək sahibidir!
    Gördüyü işləri Sumqayıtxeber.com saytın da zəhmətini qeyd etməmək insafsızlıq olardı.
    Ad gününü təbrrik edirəm. Ona möhkəm can sağlığı, çətin və şərəfli işində uğurlar arzu edirəm!

Şərhinizi yazın