Menu
Geri İrəli

Zakir Fərəcov uşaq xəstəxanasında müalicə alan uşaqlara baş çəkdi – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 12 İyun 2017 • Baxış sayı: 2,428 dəfə • 9 şərh

DSC_0041

Ötən həftənin axırlarında Sumqayıt şəhəri və ətraf qəsəbələrdə uşaqlar arasında yayılmış rotavirus infeksiyası ilə bağlı xəstəxanaya çatdırılan uşaqların müalicəsi davam edir. Son 4 gün ərzində müraciət edən uşaqların əksəriyyəti evə buraxılıb.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov da uşaqların vəziyyəti ilə yaxından tanış olmaq üçün xəstəxanada olub. Şəhər rəhbəri bir-bir palataları gəzərək uşaqların vəziyyəti ilə yaxından tanış olub.

Şəhər rəhbərinə məlumat verildi ki, hazırda xəstəxanaya ağır vəziyyətdə daxil olan və kəskin reanimasyon tədbirlərə ehtiyacı olan xəstə yoxdur.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov mövcud vəziyyətlə bağlı tibb işçilərinə öz tapşırıq və tövsiyyələrini verib.

DSC_0002 DSC_0022 DSC_0057 DSC_0062 DSC_0072 DSC_0085 DSC_0102

 

Facebook Şərhləndirmə:

“Zakir Fərəcov uşaq xəstəxanasında müalicə alan uşaqlara baş çəkdi – FOTOLAR” yazısına 9 cavab

  1. Vüqar deyir:

    Mən hər gün çiy su içirəm heç nə də olmur. Bu da bir şayədir. Bu vaxtlar həmişə uşaqlar arasında xəstəlik olur da, panikaya düşmək lazım deyil.

  2. Terane Veliyeva deyir:

    Xəstəxanaya müraciətlərin çox olması qorxulu deyil, əsas odur ki, insanlar səhiyyəmizə inanır, müraciət edir. Xəstəxanaya müraciət etmək yaxşıdır. Həkim nəzarətində olmalıdır uşaqlar. Mövsümdə meyvə tərəvəzdən belə halar çox olur. Uşaq xəstələnər də sağalar da. İkinci də elə təqdim edirlər ki, zəhərlənmə. Bu infeksiyadır. Mədə bağırsaq infeksiyası. Zəhərlənmə deyib məsələni daha da böyütməyin

  3. Melahet deyir:

    Zakir müəllim həqiqətən də çalışır. Təqribən 1 ay öncə elə bu xəstəxanada olmuşdu. Təmirdən sonra. Uşaqların qayğısına qalmasaydı, bu gün daha da təhlükəli ola bilərdi. Təşəkkürlər Zakir müəlllim!

  4. İlahe deyir:

    Bu infeksiyonnu sobe evvel cox pis gunde idi. Bu gunlerde yolum dusdu tanimadim. Ele bildim basqa xestexanaya girmisem. İci de usaqlara uyqun bezedilib. Mence valideynler de biraz diqqetli olmalidir. Yay movsumunde temizliye riayet etmek lazimdir

  5. Kamala residova deyir:

    Men basa dusmurem e, əgər sudandırsa onda niye baxcaların heç birincə belə hala rast gəlinmədi. Baxca uşaqlarında demək olar ki rast gəlinməyib. Orda bir neçə baxça var.

  6. Yegane deyir:

    Heç bir şəhər, rayon, ölkə belə hadisələrdən sığortalanmayıb. əsas odur ki, məsələ vaxtında nəzarətə götürüldü və şükür ki, faciəvi hallara rast gəlinmədi. Həkimlərimizə də təşəkkür edirik ki, səbirli və təmkinli övladlarımızı sağaltdılar. Təşəkkür edirəm əməyi keçən hər kəsə!

  7. Aynur osmanova deyir:

    Mənim də övladım xəstələnmişdi. Uşağı aparmışdım şaq xəstəxanasına. Sağ olsunlar məsləhət verib ev şəraitində müalicə etdim. Başqa səbəbdən idi. Amma orda 10 dəqiqə ərzində müşahidə elədim ki, müraciət edənlərin çoxu panikaya düşüb uşaqların gətirmişdilər. Xırda səbəbdən də gələnər çox idi. Beləcə şişirtdilər məsələni

  8. Çinarə deyir:

    Hadise bas veren gunden bu su filtiri satanlar bezdirib bizi. Gunde qizlar gelib qapimizi doyur ki su filtiri istemirsiniz. Fursetden istifade edib biraz da beleleri meseleni boyudur ki filtir sata bilsinler

  9. Habil deyir:

    Zakir müəllim gəldikdən sonra səhiyyə müəssisələrində ciddi işlər görüldü. Xəstəxanalarımızın əksəriyyəti təmir olunub. Fikir vermişəm Zakir müəllimən çox getdiyi xəstəxana elə uşaq xəstəxanasıdır. Uşaqlara çox böyük önəm verdiyi hiss olunur.

Şərhinizi yazın