Menu
Geri İrəli

Zakir Fərəcov yarmarkada oldu – süni qiymət artımı ilə bağlı ciddi tapşırıq verdi

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Mart 2017 • Baxış sayı: 2,399 dəfə • 6 şərh

SAM_0982

Sumqayıt şəhərində xüsusi ayrılmış ərazilərdə hər həftəsonu kənd təsərrüfatı məhsullarının satış-yarmarkası keçirilir.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və müvafiq strukturların rəhbərləri bu gün 12-ci mikrorayonda təşkil edilən satış-yarmarkasında olub. İcra başçısı burada satıcılar və alıcılar üçün yaradılmış şəraitlə, məhsulların keyfiyyəti, şəhər sakinlərinin rəy və təklifləri ilə maraqlanıb.

İcra başçısı yarmarkada süni qiymət artımının qarşısının alınması və qiymətlərin tənzimlənməsi , satışa çıxarılan məhsulların satış qiymətinə gün ərzində nəzarət olunması üçün müvafiq strukturların rəhbərlərinə ciddi tapşırıq verib.

SAM_0988 SAM_0990 SAM_0994 SAM_0996 SAM_0997 SAM_0999 SAM_1000

 

Facebook Şərhləndirmə:

“Zakir Fərəcov yarmarkada oldu – süni qiymət artımı ilə bağlı ciddi tapşırıq verdi” yazısına 6 cavab

  1. Samir deyir:

    Hər kəs Zakir müəllim kimi işə can yandırsa heç bir problem olmaz. Yarmarka ona görədir ki, burda ucuz məhsullar satılsın, alverçilər yox kənd adamları gəlib satsın öz məhsullarını.

  2. Valida Huseynova deyir:

    Bu gün yarmarka səliqəli idi. Bayram qabağı yarmarkaların olması yaxşıdır, yeni nisbətən ucuz ala bilirik ordan.

  3. Südabə deyir:

    “Kolxoz bazarı”nın alverçilərini ordan yığışdırmaq lazım idi. Süni artımı onlar yaradır.

  4. Mələk Paşayeva deyir:

    Halal olsun məndə İcra başçısı olsam ancaq xalqımla birlikdə hərəkət edərdim. Kasıbları əzməyə imkan verməzdim.

  5. Shahin deyir:

    İcra başçısı Yarmarkaya gedən kimi qiymət kağızının o biri üzünü yəni ucuz qiyməti qoyurlar malın üstünə. Başçı gedən kimi qiyməti dəyişirlər. İndi bu icra başçısı bütün günü Yarmarkanı gəzməyəcək ki, vicdanınız olsun da. Şabalıd 1 ay qabaq 5,5 manat idi, dünən 8 manata aldım.

  6. Vüsal deyir:

    Xalqına Z.Fərəcov qədər yaxın olan məmur Azərbaycanda tanımıram.

Şərhinizi yazın