Menu
Geri İrəli

Zakir Fərəcov yüksək bal toplayan tələbələrlə görüşdü – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Sentyabr 2017 • Baxış sayı: 2,659 dəfə • Şərh yoxdur
Share Button
Sumqayıtda  ali məktəblərə yüksək balla qəbul olan məzunlarla görüş keçirilib. Əvvəlcə  Sumqayıt Dövlət Dram Teatrının foyesində  şəhərin yaradıcı uşaqlarının əl işlərindən ibarət sərgiyə baxış oldu. Daha sonra şəhərdə təhsil sahəsində əldə edilən uğurlardan bəhs edən film nümayiş olundu.
Şəhər  icra hakimiyyətinin başçısı Zakir Fərəcov gəncləri əldə etdikləri uğurlar münasibəti ilə   təbrik edərək, onlara xoş arzularını çatdırdı, gələcək həyatlarında  müvəffəqiyyət arzuladı. O, son illər ölkəmizdə dövlət  tərəfindən təhsilə göstərilən yüksək qayğıdan danışdı və bu sahəyə dövlət başçısının  xüsusi diqqət yetirdiyini vurğuladı. Natiq bildirdi ki, ölkəmizdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür, yeni məktəb binaları, əlavə tədris korpusları inşa edilir, mövcud məktəblərdə əsaslı təmir işləri aparılır. Bütün bunlar gənclərin yüksək səviyyədə təhsil almalarına və müstəqil ölkəmizin layiqli vətəndaşları olmalarına lazımi şərait yaradır.
Çıxış edən məzunlar onlara bəslənən ümidləri doğruldacaqlarına söz verdilər. Konfransda yeni dərs ilinə hazırlıq barədə məlumat verildi, qarşıda duran  məsələlər  müzakirə olundu.
2016-2017-ci tədris ilində Sumqayıt məktəblərində 1872 sinif komplektində 47545 şagird təhsil alıb. Bu əvvəlki dərs ili ilə müqayisədə şagird sayının 2000 nəfərdən çox artması deməkdir. 2017-ci ildə Sumqayıt şəhər ümumtəhsil məktəblərini 2250 nəfər 11-ci sinif şagirdi başa vurub. Onlardan 2080 nəfər ali məktəblərə sənəd verib. Sənəd verənlərdən 1403 nəfəri,yəni abuturyentlərin 69 faizi tələbə adını qazanıb.Respublikanın digər bölgələrindən fərqli olaraq şəhər üzrə ali məktəblərə sənəd vermə faizi 82  faizə yaxındır. 2017 ci ildə şəhərin məzunlarından 411 nəfər 500 dən,  169 nəfər   600-dən çox bal toplayıb. Bu, ötən ilki göstəricidən 30 nəfər, yəni təxminən 22% çoxdur. O cümlədən, 108 nəfər 600-649 intervalında, 61 nəfər isə 650-700 intervalında bal toplayıb. 200 nəfər məzun 500-600 intervalında bal toplaya bilib. Orta bal 345,7 olub ki, bu da respublika üzrə ən yüksək göstərici olmaqla yanaşı, ötən illə müqayisədə 19% yüksəkdir 1 nəfər məzun isə 700 bal toplayb.Bu ilki nəticələrə görə Sumqayıt məktəbləri respublika üzrə göstəricilərə görə birinci yerə layiq görülüb.
Sonda ali məktəblərə yüksək balla qəbul olunan tələbələrə komyuter, qabaqcıl müəllimlərə isə fəxri fərman və hədiyyələr verildi.
DSC_0424 DSC_0398 DSC_0361 DSC_0345 DSC_0277 DSC_0270 DSC_0145 DSC_0114 DSC_0109 DSC_0097 DSC_0065 DSC_0064 DSC_0053 DSC_0050 DSC_0014 DSC_0021 DSC_0024 DSC_0043 DSC_0046
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın