Menu
Geri İrəli

Zakir Fərəcovdan eksklüziv açıqlama

Müəllif: Sumqayitxeber.com • Tarix: 8 Sentyabr 2015 • Baxış sayı: 5,680 dəfə • Şərh yoxdur

Zakir-Fərəcov-300x220Bu gün Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov Heydər Əliyev parkında olub. Parkın ərazisini gəzən icra başçısı Heydər Əliyev Mərkəzinə də baxış keçirib. Məlumata görə icra başçısının sözügedən mərkəzi bəyənmədiyi və yeni mərkəzin inşa ediləcəyinin ehtimal olunduğu bildirilir. Z. Fərəcov açıqlamasında sumqayıtlıların etimadını doğruldacağını deyib. İcra başçısı qeyd edib ki, yaxın 1-2 ildə Sumqayıtın siması tamamilə dəyişəcək.

Qeyd edək ki, Sumqayıtın yeni icra başçısı şəhərə təyin olunandan bu yana qəfil, gözlənilməz qərarları ilə yadda qalmaqdadır. Zakir Fərəcov Sumqayıt şəhəri boyu bütün irili-xırdalı tikinti işlərinin dayandırılması göstərişini verib. Amma ilk olaraq o, şəhər icra hakimiyyəti binasının qarşısından keçən yolu – vaxtilə sabiq icra başçısı Eldar Əzizov tərəfindən Bayraq meydanı edilən və avtomobil yolu olaraq qapadılan yolu açdırıb.

Bununla yanaşı, Zakir Fərəcov Sülh küçəsinin yenidən abadlaşdırılması və küçənin genişləndirilməsinə qərar verib. Avtovağzaldan başlayaraq, dəniz kənarına, Sumqayıtın simvoluna çevrilmiş məşhur «Göyərçin» abidəsinə qədər uzanan Sülh küçəsi şəhərin əsas və ən abad küçələrindən biri hesab olunur. (xeberle.com)

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın