Menu
Geri İrəli

Zakir Fərəcovun 10 günlük tapşırığını bələdiyyə sədri necə icra edir?

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Oktyabr 2015 • Baxış sayı: 1,183 dəfə • Şərh yoxdur

zakir3417 və 33 saylı marşrutların yollarına yaxın ərazilərdə yaşayan sakinlər tikinti işlərinin başlayacağı günü səbirsizliklə gözləyirlər.
Prezident İlham Əliyevin Sumqayıt şəhərinə yeni təyin etdiyi icra başçısı Zakir Fərəcovun tapşırıqları sürətlə icra olunur.
Əvvəllər Sumqayıt Şəhər Bələdiyyəsinin postu vəzifəsinə seçilən və sonradan Abşeron rayona rəhbərlik edən Zakir Fərəcov ötən ay Sumqayıt şəhərinə icra başçısı təyin olunub.
Şəhər İcra Hakimiyyətində şəhərin idarə müəssisə rəhbərlərinin iştirakı ilə keçirdiyi içlasda ciddi nöksanların olduğunu bildirən başçısı, eyni zamanda tapşırıqlar da verib və tez bir zamanda həll edilməsini istəyib.
Z.Fərəcovun verdiyi tapşırıqlar sırasında 17, 18, 33 saylı marşrutların yollarının təmir olunması öndə duran məsələ olub. Xüsusilə 18 saylı marşrutun yolunun asfaltlanması üçün Sumqayıt Şəhər Bələdiyyəsinin sədrinə 10 gün vaxt verib.
Əməkdaşımız 18 saylı marşrutun yolunda asfaltlanma işlərinin aparılıb-aparılmadığı il maraqlanıb.
İcra başçısının tapşırığından sonra balğarın girişində, yəni kanal qırağı ərazilərdə sürətlə tikinti işləri aparılır. Sözügedən ərazidə yolun tikintisi altına düşən maneələr kənarlaşdırılır, yol boyu torpaq işləri görülür və yol yatağı tikilir.
Biz orada olduğumuz zaman fasilə vaxtına düşdüyü üçün iş icraçılarından ətralı məlumat ala bilmədik. Amma sözü gedən ərazidə yaşayan sakinlər bidirdilər ki, bağların daxili küçələrində asfaltlanma işləri demək olar ki, yekunlaşmaq üzrədir.
Həmçinin bildirək ki, Novxanı bağlarının dənizkənarı girişlərində də asfaltlanma işləri aparılıb.
Qeyd edək ki, 17 və 33 saylı marşrutların yollarına yaxın ərazilərdə yaşayan sakinlər tikinti işlərinin başlayacağı günü səbirsizliklə gözləyirlər. interaztv.com

Facebook Şərhləndirmə:

Şərhinizi yazın