Menu
Geri İrəli

Zakir Fərəcovun ilk qərarı birmənalı qarşılanmadı

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Sentyabr 2015 • Baxış sayı: 3,330 dəfə • 2 şərh

sumqayitxeber.com xəbər verir ki, Sumqayıt şəhərinin yeni İcra başçısı Zakir Fərəcovun ilk qərarı şəhər sakinlərinin əksəriyyəti tərəfindən narazılıqla qarşılanıb. Belə ki, 2012-ci ildə Sumqayıt şəhərində icra hakimiyyəti binasının qarşısındakı ərazidə Bayraq Meydanı inşa olunmuşdu. Dövlət başçısının sərəncamına əsasən inşa olunmuş Meydana avtomobillərin buraxılması yasaqlanmışdı. Düzdür bu yolun bağlanması bir çox sürücülər tərəfindən narazılıqla qarşılansa da əksəriyyət bu qərarı alqışlamışdı. Çünki bu meydanda əsasən avto xuliqanlar toplaşır və şəhər sakinlərinin istirahətinə maneə olurdu. Bayraq Meydanına avtomobillərin buraxılması ilə bağlı xəbərə şəhər sakinləri birmənalı şəkildə reaksiya verməyib. Bu xəbərə sevinənlər olsa da, yenidən bu əraziyə avtoxuliqanların toplaşacağından, Bayraq Meydanının istirahət üçün yararsız əraziyə çevriləcəyindən narahat olanlar da kəskin etirazlarını sosial şəbəkələrdə bildiriblər. Ehtimal olunur ki, Meydana döşənilmiş daşlar da yenidən sökülərək yol çəkiləcək. Şəhər sakinləri sosial şəbəkələrdə etdikləri paylaşımlardan aydın olur ki, onlar söküntülərin aparılmasının, israfçılığın deyil, şəhərdə ehtiyac duyulan ərazilərə əl gəzdirilməsini istəyir.
SUMQAYIT XEBER.COM

Facebook Şərhləndirmə:

“Zakir Fərəcovun ilk qərarı birmənalı qarşılanmadı” yazısına 2 cavab

  1. Vuqar deyir:

    Sizinlə tamamilə razıyam! O yol salınanda hər şey hesablanıb, ölçülüb, biçilib. Bakıdan fərqli olaraq Sumqayıt çox gözəl baş planla salınmış şəhərdir. Və çox nizamla tikilib və bundan sonra da tikinti üçün göstərişlər verilib. Ancaq indi hərə öz sərfəsi üçün dəyişikliklər edir. Bu da xaosa gətirib çıxarır. Məncə də xərcləri daha səmərəli istiqamətə yönləndirmək və xuliqanlığa qarşı həm qanunvericilik həm də ictimai çərçivədə güclü mübarizə aparmaq yeganə çıxış yoludur… Əlbəttə ideal cəmiyyətdə… Bizim üçün bu qəliz məsələdir… Adam deyir, ancaq özünün özünə inanmağı gəlmir…

  2. Huseyn deyir:

    Bu yolun acilmaqina cox sevindim. Qaldiki meydandaki dawlara o mutleq deyiwilmelidi 3defe ozum gormuwem qadinlarin orda yixilmaqin ve ya dik daban ayaqqabinin arxasi qirilmaqin o dawlar o meydana yaramir. Bideki ora mutleq zibil qablar qoyulmalidi.

Şərhinizi yazın