Menu
Geri İrəli

Sumqayıtın yeni bulvarı bu gün FOTOREPORTAJ

Müəllif: sumqayitxeber.com • Tarix: 25 İyun 2016 • Baxış sayı: 12,812 dəfə • 3 şərh

2 копия

Sumqayıt bulvarı və dənizkənarı parkı həm ərazisinə, həm də landşaftına görə ölkəmizdə mövcud olan əksər parklardan seçilir. Bu parkın ərazicə çox böyük olması ilə yanaşı, çimərliyə birbaşa çıxışının olması onu Bakı bulvarından fərqləndirir. Bir çox üstünlükləri olan dənizkənarında müasir bulvarın salınması ehtiyacı duyulurdu.
Prezident İlham Əliyev Sumqayıt şəhərində səfərdə olarkən burada müasir bulvar kompleksinin mütləq yaradılmalı olduğunu vurğulamışdı: “Sumqayıtda bulvarın tikintisi təşəbbüsünü də mən bir müddət əvvəl irəli sürmüşəm. Mən hesab edirəm ki, Sumqayıt şəhərində mütləq bulvar olmalıdır. Bu bulvar Bakı bulvarının standartlarına uyğun olmalıdır. Sumqayıtın da bu dənizkənarı sahəsindən biz gərək səmərəli şəkildə istifadə edək. Sumqayıtda gözəl bulvar tikilməlidir, çimərliklər yaradılmalıdır. Beləliklə, bu şəhərdə insanların istirahəti üçün çox gözəl guşə yaradılacaqdır.”
Ölkə başçısının bu istəyi 2 Sentyabr 2015–ci ildə Sumqayıt şəhərinə başçı təyin olunan Zakir Fərəcov tərəfindən əsas hədəf kimi qarşıya qoyuldu. Qısa müddət ərzində bulvarın baş planı və eskiz layihəsi hazırlandı və işlərə başlanıldı. Hazırda Sumqayıt bulvarında genişmiqyaslı tikinti və yaşıllaşdırma tədbirləri paralel aparılır.
Ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olan bulvarda istinad divarı çəkilib və bulvarın 1000 metrlik hissəsində işlər tamamlanmaq üzrədir.
Gənclər şəhəri üçün böyük əhəmiyyət daşıyan bulvarda şəhər sakinlərinin piyada gəzintisi, kiçikölçülü gəzinti avtobusları və avtomobil yolu ilə yanaşı velosiped idmanı ilə məşğul olmaq istəyənlər üçün də eni üç metr olan xüsusi hərəkət zolağı salınır.
Bununla yanaşı bulvarda istirahət obyektləri, atraksionlar, ticarət və uşaqlar üçün əyləncə mərkəzləri, müasir tipli otellər, kinoklub, idman infrastrukturu və çoxmərtəbəli yaşayış binaları inşa ediləcək, çimərlik zonasında da əsaslı işlər görülərək sakinlərin istifadəsinə veriləcək. Sahil hissədə estakadalar qurulacaq və şəhərin akvatoriyasında gəzinti gəmilərinin hərəkəti təmin olunacaq.
Sumqayıtda dənizkənarı yeni bulvar sakinlərin istifadəsinə verildikdən sonra şəhərin simasını tamamilə dəyişəcək.

 

DSC_0001

DSC_0207 DSC_0212 DSC_0213 DSC_0215 DSC_0216 DSC_0217 DSC_0220 DSC_0221 DSC_0223 DSC_0236 DSC_0237 DSC_0238

3 копия DSC_0242 DSC_0242 копия DSC_0243 DSC_0245 DSC_0246 DSC_0247 DSC_0248 DSC_0254 DSC_0264 DSC_0265 DSC_0267 DSC_0282 DSC_0284 DSC_0286 DSC_02132 IMG_5546

 

Facebook Şərhləndirmə:

“Sumqayıtın yeni bulvarı bu gün FOTOREPORTAJ” yazısına 3 cavab

  1. Orxan deyir:

    Çox gözəldir, gözlərimə inanmadım!!!! Bu gün ordayam!

  2. Shahin deyir:

    Cox adam cox shey desede de Zakir muellim bu bulvari bize hediyye etmeknen tarixe dushdu. Iller boyu xalqin qanin icmish varlilara qenim kasiblara dost oldu ve sheherimizi gozelleshdirdi.

  3. Мусаев deyir:

    Я всем блогадарен за тот труд и за ту заботу который было переведено за эту красоту ! То что заделал Закир Фараджов достоин уважению ! Это красота годами будет в воспоминания горожан ! Спасибо вам ! Уже не стыдно за наш город !

Şərhinizi yazın