Menu
Geri İrəli

Zakir Həsənov saatını əsgərə verdi – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Dekabr 2013 • Baxış sayı: 225 dəfə • Şərh yoxdur

Müdafiə naziri Zakir Həsənovun cəbhə bölgəsinə ənənəvi səfərlərindən birində maraqlı və gözlənilməz hadisə yaşanıb. 

 “Qafqazinfo” xəbər verir ki, hərbi jurnalist Rahib Qərib facebook hesabında bu barədə məlumat paylaşıb. Belə ki, general-polkovnik əsgərlərdən birinə öz saatını hədiyyə edib:

“Bu dəfə cəbhə xəttində müdafiə naziri general-polkovnik Zakir Həsənovun getdiyi səngərlərdə də olduq. Müdafiə naziri ilə görüşdən xoş təəssüratlar hələ də əsgərlərin çöhrəsinə hopub qalmışdı. Nazirin xatirə yazısı olan qiymətli saat bağışladığı əsgər elə sevinc və fəxrlə qolundakı o saatı bizə göstərdi ki, pafoslu olsa da deyəcəyəm, ətrafa işıq saçırdı… Səngərlərdə işıq yoxdur, bağlı istehkamları işıqlandıran əsgərlərimiz, bəzən də o yerlər haqda səslənən qaranlıq fikirlər var. Qaranlıq qalanları işıqlandırmaq üçün hər kəs özünü sözün əsil mənasında düşmən çəpəri olan oğullarla bir cəbhədə hiss etməlidir… Yeri gəlmişkən, həmin cəbhədə çəkdiklərimizi gələn “MARŞ”da göstərəcəyik”.

216107

Facebook Şərhləndirmə:

Şərhinizi yazın