Menu
Geri İrəli

Zaqatalada naməlum şəxslər avtomobili avtomatdan atəşə tutublar, üç nəfər ölüb

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Noyabr 2013 • Baxış sayı: 121 dəfə • Şərh yoxdur
Zaqatala rayonunda silahlı insident baş verib.

sumqayitxeber.com saytı APA-a istinadən bildirir ki, noyabrın 24-də günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobil yolunun Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisində, yolun kənarında 99 FG 128 dövlət nömrə nişanlı, “Hyundai” markalı maşına avtomatdan atəş açılıb.
Naməlum şəxslər atəş açan zaman avtomobildə 4 nəfər olub. Hadisə nəticəsində onların hamısı yaralanıb. İlkin məlumata görə, xəstəxanaya aparılarkən yaralılardan 3-ü yolda ölüb.

Hadisənin motivi, kim və ya kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.

 

Atəşə tutulan avtomobilin Balakən rayon sakini Əliqayev Vüsal Xəlil oğluna məxsus olduğu açıqlanıb.
Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın