Menu
Geri İrəli

Dünya çempionu Sumqayıt Bələdiyyəsinin sədr müavini seçildi

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Oktyabr 2013 • Baxış sayı: 175 dəfə • Şərh yoxdur
Share Button

Azərbaycanın tanınmış şahmatçısı, beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarova Sumqayıt Bələdiyyəsinin sədr müavini seçilib. Lent.az-ın məlumatına görə, qurum üzvlərinin ümumi yığıncağında bir müddət əvvəl boşalmış həmin vakant yeri tutmağa Z. Məmmədyarova layiq görülüb.   Sumqayıtlıların 2009-cu ildə bələdiyyənin 18 üzvündən biri kimi etimad göstərdiyi gənc şahmatçı açıq səsvermə yolu ilə sədr müavini vəzifəsinə təsdiqlənib. O, əsasən bələdiyyənin təşkilati, mədəni-kütləvi məsələləri ilə məşğul olacaq. Z. Məmmədyarova oktyabrın 3-də 30 yaşını Sumqayıt bələdiyyəsinin kollektivi ilə birgə qeyd edəcək.   Qeyd edək ki, yeni sədr müavini Sumqayıtın şahmatçılardan ibarət Məmmədyarovlar ailəsinin üzvüdür. O, şahmatla atası Həmid müəllimin sayəsində hələ 10 yaşında ikən məşğul olmağa başlayıb, 2000-ci ildə 18 yaşlı qızlar arasında dünya çempionu, Ümumdünya Şahmat Olimpiadasının gümüş mükafatçısı, 2001 və 2007-ci ildə qadınlar arasında Azərbaycan, 2002-ci ildə 20 yaşadək qızlar arasında Avropa çempionu, Ümumdünya Şahmat Olimpiadasının qalibi, 2003-cü ildə dünya çempionatının bürünc mükafatçısı olub. Hazırda Azərbaycanın şahmat üzrə qadınlardan ibarət milli komandasının kapitanıdır. Zeynəbin qardaşı Şəhriyar və kiçik bacısı Türkan da beynəlxalq şahmat aləmində güclü şahmatçılar kimi tanınırlar və bir çox beynəlxalq yarışların, turnirlərin qalibləridirlər. İyulda Şəhriyar sürətli şahmat üzrə dünya çempionu olub. Zeynəb Məmmədyarova ali təhsillidir, 2005-ci ildə Azərbaycan Beynəlxalq Universitetini bitirib. Ailəlidir, 2 oğlu var.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın