Menu
Geri İrəli

Zorakılıqlar Sumqayıt olaylarından əvvəl başlayıb – Ermənilərdən etiraf

Müəllif: sumqayitxeber.com • Tarix: 1 May 2015 • Baxış sayı: 280 dəfə • Şərh yoxdur
“Qarabağ” komitəsinin keçmiş üzvü Artur Sakunts: “Hər şeyə Moskva rəhbərlik edirdi”
 1430478133_koc-1988
Ermənistan mətbuatında 1988-ci ildə azərbaycanlıların Quqark rayonundan qovulmasının təfərrüatlarının əks olunduğu məqalə dərc edilib.
Yazı şahidlərin xatirələrinə və bəzi arxiv materiallarına əsasən hazırlanıb.
Jurnalist Mane Papyanın müəllifi olduğu məqalədə qeyd edilib ki, azərbaycanlılara qarşı zorakılıqlar Sumqayıt hadisələrindən əvvəl başlayıb.
Bildirilir ki, Quqark rayonunda məlum proseslər burada yaşayan azərbaycanlıların kütləvi şəkildə işdən qovulmasından başlayıb. İlk növbədə strateji obyektlərdə çalışan həmyerlilərimiz iş yerlərindən çıxarılırdılar. Kirovakan şəhərinin o vaxtkı prokuroru Qriqori Şahverdyanın şəxsi arxivində olan materiallardan bəlli olur ki, 1988-ci ildə mart ayından noyabr ayınadək Quqark rayonunda 624 azərbaycanlı işdən qovulub.
10.07.1989-cu il tarixli sənəddə qeyd olunub ki, 1988-ci ilin mart ayından azərbaycanlıların evlərinə basqın, döyülmə və qarətlə bağlı 42 hal qeydə alınıb.
Məqalədə bildirilir ki, azərbaycanlılar həmçinin iş yerlərində və ticarət obyektlərində zorakılığa məruz qalıblar: “Azərbaycanlıları bazarlarda rahat tapmaq olardı. Malları əllərindən alınan azərbaycanlılar döyülürdülər”.
Kirovakanın sabiq prokuroru Q. Şahverdyanın sözlərinə görə, həmin vaxt şəhərdə 7 ölüm hadisəsi qeydə alınıb. O bildirib ki, ən qalmaqallı hadisə noyabrın 27-də baş verib. Telman Hüseynov adlı şəxsin balta ilə öldürüldüyünü deyən Q. Şahverdyan qətlin yetkinlik yaşına çatmayan Usik Marutyan Tiqran Evinyan tərəfindən törədildiyini bildirib.
Digər hadisə Şaumyan kəndində baş verib. Burada sakinlər Qasım adlı azərbaycanlını döyərək qayadan aşağı atmağa istəsələr də, hüquq-mühafizə orqanlarının əməkdaşları buna imkan verməyiblər. Buna görə də milis və prokurorluq işçiləri kütlə tərəfindən möhkəm döyülüb.
Noyabrın 28-də isə Kirovakan sakinləri Martun PoxradyanQarnik Tonoyan Vəliyeva bacılarına bədən xəsarətləri yetiriblər. Onlar bacılardan evi tərk etmələrini və ermənilərə təhvil vermələrini tələb ediblər.
Quqarkda ən böyük gərginlik 1988-ci ilin 21-26 noyabr tarixlərində yaşanıb. Həmin vaxt 11 azərbaycanlı qətlə yetirilib (Şaumyan kəndi).  Öldürülərdən biri IX sinif şagirdi idi. Ermənilər meyitləri yandırdılar ki, şəxsiyyətləri məlum olmasın. Beynəlmiləl məktəbinin direktor müavini Rimma Sarqsyan kənddə iki azərbaycanlının yandırıldığının şahidi olduğunu bildirib. Sonradan açılan cinayət işlərində bu hallar sadizm aktları kimi qiymətləndirilib.
“Qarabağ” komitəsinin keçmiş üzvü Artur Sakunts isə bildirib ki, gecə saatlarında azərbaycanlılar avtomobillərdə Arcut kəndindən çıxarılarkən ermənilərin hücumlarına məruz qalıblar.  A. Sakuntsun sözlərinə görə, Şaumyan kəndindəki hadisələrlə əlaqədar o, 1989-cu ildə Moskvada istintaqa ifadə verib: “Müstəntiq Viktor İvanoviç mənə dedi ki, bir müddət sonra iş bağlanacaq və komitə üzvləri azad olunacaqlar. Doğrudan da may ayında komitə üzvlərini azad etdilər, iş isə bağlandı. Bu bir daha onu göstərir ki, hər şeyə Moskva rəhbərlik edirdi”./apa/
Facebook Şərhləndirmə:

Şərhinizi yazın