“Xəmsə” milli intellektual oyunun qalibləri ilə görüş keçirilib

747

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəhbərliyi cari ilin noyabr ayında Bakı şəhərində keçirilən Uşaq və Yeniyetmələr arasında “Xəmsə” Milli İntellektual Oyun üzrə Respublika Final Mərhələsinin ikiqat çempionu “Türkistan” və III yerə layiq görülmüş “Pənci Gənc” komandalarının üzvləri ilə görüşüb. Baş İdarənin rəisi Musa Həsənov görüş iştirakçılarını əldə etdikləri yüksək nailiyyətlərə görə təbrik edərək bu uğurun xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb. M. Həsənov görüş iştirakçılarına ölkədə, eləcə də şəhərdə istedadlı gənclərin üzə çıxarılması sahəsində görülən məqsədyönlü və ardıcıl işlərdən, onlara göstərilən diqqət və qayğıdan danışıb. O, 2008-ci ilin oktyabr ayında Baş İdarə nəzdində yaradılan Sumqayıt İntellekt Mərkəzi Klubu tərəfindən şəhərdə mütəmadi olaraq intellektual oyunların təşkil olunması nəticəsində ölkə yarışlarında iştirak edəcək komandaların savadlı və istedadlı gənclərdən formalaşmasına və yüksək nailiyyətlərin əldə olunmasına təkan verdiyini qeyd edib.Görüş zamanı iştirakçılar yarışla bağlı təəssüratlarını danışıb və göstərilən diqqətə görə Baş İdarə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Sonda şəhərimizi təmsil edən hər iki komandanın üzvlərinə Baş İdarənin Fəxri Fərmanı və hədiyyələri təqdim edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər