Xərçəng xəstəsi uşaq bacısının anadan olmasını gözlədi və vəfat etdi

1354
Britaniyada 9 yaşlı Beyli Kuperin faciəvi ölümü bir çox insanın sarsılmasına səbəb olub.

“Ölkə.Az” xəbər verir ki, xərçəng xəstəsi Beyli bacısının anadan olmasını gözləyib və ertəsi gün vəfat edib. Həkimlər bu vaxta qədər uşağın yaşayacağını desələr də, Beyli bacısının doğuşunu gözləyəcəyini bildirmişdi.

Bir il əvvəl Kuperə xərçəng diaqnozu qoyulub. Uşaq müalicə olunsa da, həkimlər ümidlərini üzmüşdülər. Çünki xəstəlik üçüncü inkişaf mərhələsində idi.

Onun anası 28 yaşlı Reyçel noyabr ayında qız övladını dünyaya gətirib. Beyli bacısını görmək istəyib və 22 dekabrda onu bacısı ilə tanış ediblər. Beyli bacısını qucaqlayıb  və ona Milli adını verib. Bir gün sonra isə 9 yaşlı uşaq vəfat edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər