Xəyanəti sevən, bacısının sevgilisi ilə eşq yaşayan cazibədar aktrisa – FOTOLAR

2038

Gənc yaşlarından bəri Hülya Avşar yəqin ki, Türkiyənin ən gözəl qadınlarından biridir.

Hər dediyi söz, atdığı hər addım, ən əsas da yaşadığı bütün sevgi münasibətləri qalmaqala səbəb olub.

Minval.İnfo xəbər verir ki, kürd əsilli aktrisa və müğənni Hülya Avşar 1963-cü ildə Türkiyənin Baliqəsir şəhərində anadan olub. Uşaq yaşlarından həm gözəlliyi, həm də iti ağlı ilə yaşıdlarından fərqlənən Hülyanın oxumağa çox niyyəti yox idi.

Özündən 5 yaş böyük Mehmet Tecirliyə vurulan gənc qız, 16 yaşında evlənməyə qərar verib. Ailəsinin bütün etirazlarına baxmayaraq Avşarqızı inadından dönməyərək həyat yoldaşının kəndinə köçüb əsl ev qadını olub.

1. Mehmet Tecirli

Şəhərli yeni gəlinə hətta dükana getmək belə qadağan idi. Təbii ki, bu dəli-dolu qız belə bir həyat tərzinə çox dözə bilmədi, 2 il sonra hamilə vəziyyətdə ata evinə geri qayıtdı. Tətil üçün getdiyi İstanbulda da övladını abort elətdirdi.

İlk uğursuz evliliyindən sonra şöhrətin qapıları onun üçün açıldı. Rol aldığı ilk şampun reklamından sonra “Bulvar” qəzetinin təşkil etdiyi gözəllik yarışmasında birinci oldu. Yarışmanın səhəri günü Mehmet Tecirli ilə evlənib boşanması xəbəri yayılanda, qaydalara zidd olduğu üçün tacı geri alındı.

Ancaq Hülya Avşar artıq bütün Türkiyənin diqqətini öz üzərinə çəkə bilmişdi. “Haram” filmindəki debütündən sonra film təklifləri bitmək bilmirdi. “Fatmagülün suçu ne?” filmindəki təcavüz səhnələrinin açıqlığı tənqid edilsə də, Hülyanın aktyorluq işi yüksək qiymətləndirildi.

Hülya Avşar daha sonra müğənniliyə də başladı. Səsi elə gözəl olmasa da, eşq əlaqələri onu gündəmdə tutmağa bəs edirdi. “Bu gecə uzun olacaq” adlı mahnıya çəkilən klipdə Hülya Avşarın erotik rəqsi hətta feminist aktivistlərin iradına səbəb oldu.

Müğənni Çoşqun Sabahla olan münasibəti bir neçə il yaxşı davam etsə də, Çoşqunun əsgərliyə getməsi ilə Hülya Avşar yeni sevgi axtarmağa başlayıb. Coşqun Hülyanın xəyanətini qəzetdəki “Hülya Avşarın gənc iş adamı ilə yeni münasibəti” yazısı ilə öyrənib.

Hülya Avşarın rəngli gözlərinin eşqinə çəkilmiş “Mavi mavi” filmində İbrahim Tatlıseslə öpüşmə səhnəsi onun Osman Hatat ilə olan münasibətinin bitməsinə səbəb olsa da, elə İbrahim Tatlıseslə yeni bir sevginin başlanğıcı oldu. Tatlısesin ona xəyanət edib-etməməsi bəlli olmasa da, eşqbazlığının münasibəti bitirdiyi deyilir. Əslində Hülya kişilərin xəyanət etməsini normal sayaraq “Kişi xəyanət edər, təki bildirməsin” deyir.

1991-ci ildə Hülyanın bacısı Helenin köhnə sevgilisi Mehmet Özenerlə eşqə düşməsi yenidən qalmaqalları alovlandırdı. Hülya Avşarın ən səs-küyə səbəb olan münasibətlərindən biri isə futbolçu Tanju Çolakla yaşadığıdır. Tanju Çolak ən böyük arzusunun Hülya Avşarın sevgisini qazanmaq olduğunu bir neçə dəfə dilə gətirmişdi. Bu xəyalı gerçək olsa da, Tanju Çolağın evli olması cəmiyyətdə ciddi narazılıqlara səbəb olub. Tanju Çolak Hülya Avşarı tərk edib öz ailəsinin yanına qayıdıb.

Başı öz şəxsi həyatına qarışan Hülya Avşar bu dövrlərdə heç bir filmə çəkilmədi. Daha sonra da üzgüçü Kaya Çilingiroğlu ilə evləndi. Bu evlilikdən hazırda 20 yaşı olan Zəhra adlı qız dünyaya gəldi. Çox vaxt özü xəyanət edən  və “tək rəqibim güzgüdəki əksimdir” deyən Hülya Avşar, bu dəfə özü xəyanətlə üzləşdi. Kaya Hülyanın köməkçisi Fərayə Tanyolaç ilə gizli məhəbbətə başladı və bu evlilik də yekunlaşdı. 2014-cü ildə Hülya Avşar öz verlişində Kayaya “Türkiyənin ən gözəl qadınını niyə aldatdın?” sualını ünvanlamaqdan da çəkinməyib.

İş adamı Səadəttin Saranla 4 illik münasibətinin sonunda da tərk edilən Hülya oldu. Daha sonra məşhur prodüser Erol Köse Hülyanın Səadəttinə cadu elədiyini iddia edib:

“Hülya Səadəttini özünə bağlamaq üçün evə cadu yerləşdirirdi. Evdəki xidmətçinin tapdığı cadu bağlalamalarından sonra, təhlükəsizlik kameralarında da Hülyanın iş başındakı videoları aşkarlandı. Beləliklə Səadəttin onu evdən qovdu”.

7. Kaya Çilingiroğlu

Hülya Avşar təkcə eşq macəraları ilə deyil, hərəkətləri, sözləri ilə də hər zaman mediada çox danışılan biridir. 1998-ci ildə Türkiyəyə gələn Riki Martini verlişində qonaq edən Hülya Avşar, məşhur müğənninin arxa nahiyəsinə toxunmaq istəyib və bunu cnlı yayımda edib.

8. Sadettin Saran

2001-ci ildə yenidən Türkiyəyə səfər edən Riki Martin “o mavi gözlü qadını heç unutmadığını” söyləyib. Reytinq rekordları qıran “Yetenek Sizsiniz Türkiyə” verlişində, 4 yaşındakı yarışmacının da arxa nahiyəsini dişləməsi uzun müddət müzakirə edildi.

9. Ali Güven

2009-cu ildə kürdçülüklə bağlı fikirlərini ifadə edən Hülya Avşara “irqi ayrıseçkilik yaratmaqla, xalqı nifrət aşılamaq” maddəsi ilə cinayət işi açılıb. Hazırda Hülya Avşar Acun İlicalının rəhbərlik etdiyi TV8 kanalındakı verlişində məşhurları qonaq edərək, onlara iş və şəxsi həyatları ilə bağlı iynələyici suallar ünvanlayır.

Dəniz Kərimzadə

Minval.İnfo

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər