Xidmət rəisi Sumqayıtda vətəndaşları qəbul edib – FOTOLAR

906

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov Sumqayıtda vətəndaşları qəbul edib.

Atv.az xəbər verir ki, qəbuldan öncə Xidmət rəisi Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstəsi qoyub. Keçirilən qəbulda Sumqayıtla yanaşı Abşeron, Şuşa, Qubadlı, Zəngilan, Laçın, Cəbrayıl, Xocavənd, Xocalıdan olan sakinlər də iştirak ediblər. 23 nəfərin müraciəti dinlənilib ki, müraciətlər də əsasən həqiqi hərbi xidmətə və ya işə qəbul, övladının xidmət yerinin müəyyənləşdirilməsi, ailə vəziyyətinə görə möhlət hüququnun verilməsi, təkrar tibbi müayinə, şəhid adı və statusunun verilməsi, veteran adının və vəsiqəsinin verilməsi, eləcə də digər məsələlər ilə bağlı olub. Vətəndaş müraciətlərinin bir çoxu yerindəcə həll edilib, araşdırılmasına ehtiyac olan məsələlər qanunvericiliyə uyğun olaraq tədbirlər görülməsi üçün nəzarətə götürülüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər