YAP: “Milli Məclis Sumqayıt hadisələrinə siyasi qiymət verməlidir”

728

Mübariz Qurbanlı: “Milli Məclisin növbəti sessiyasında bu barədə qərar qəbul ediləcək və qərar istintaq qrupunun əldə etdiyi materiallara əsaslanacaq”.
“Azərbaycan Milli Məclisi Sumqayıt hadisələrinə siyasi qiymət verməlidir”. Trend-in məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında www.sumqait.com saytının təqdimat mərasimində bildirib. “Hesab edirəm ki, Milli Məclisin növbəti sessiyasında bu barədə qərar qəbul ediləcək və qərar istintaq qrupunun əldə etdiyi materiallara əsaslanacaq”, – Mübariz Qurbanlı deyib. O, qeyd edib ki, ermənilər Xocalıdakı cinayətlərini ört-basdır etmək üçün Sumqayıt hadisələrindən istifadə edirlər: “Ermənilər Sumqayıt hadisələrində ölənlərin sayını hər il artırırlar”.

Millət vəkili Çingiz Qənizadə də tədbirdə çıxışında Sumqayıt hadisələrınə parlamentdə siyasi qiymət verilməsini zəruri sayıb.

Deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov tədbirdə bildirib ki, hadisədən əvvəl azərbaycanlılar Ermənistandan kütləvi şəkildə deportasiya olunub: “Biz azərbaycanlıların Ermənistandan deportasiyası ilə bağlı məsələni beynəlxalq təşkilatlarda qaldıra bilməmişik. Ermənilər Sumqayıt hadisələrini törətməklə diqqəti özlərinə yönəltdilər. Ona görə də biz bu deportasiya məsələsini qaldıra bilmədik”. Milli.Az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər