YAP Sumqayıt şəhər təşkilatı gənc tibb işçiləri ilə görüş keçirib – FOTOLAR

721

Bu gün Sumqayıt Səhiyyə şöbəsində, səhiyyə müəssisələri gənclər birliyinin sədrləri, fəal gənclər və ərazi ilk partiya təşkilat sədrləri ilə görüş keçirilib.
Yığıncaqda YAP Sumqayıt şəhər təşkilatı sədrinin gənclərlə iş üzrə müavini Elmar Xəlilov çıxış edərək gənclər birliyinin qarşısında duran vəzifələrdən,gənclərin ictimai-siyasi həyatda fəallığının daha da artırılmasından, Ulu Öndər Heydər Əliyevin siyasi irsinin daim öyrənilməsi və təbliğ edilməsi, şəhərdə aparılan böyük quruculuq və abadlıq işlərində yaxından iştirak etməsi və onun qorunub saxlanılmasında ictimaiyyətin, xüsusilə gənclərin rolundan ətraflı söz açıb.
Yığıncaqda səhiyyə şöbəsinin müdiri Nəriman Baxşəliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin səhiyyəyə göstərdiyi diqqət və qayğısı, bu gün ölkə prezidenti cənab İlham Əliyev tərəfindən bu siyasətin uğurla həyata keçirilməsi, Sumqayıt səhiyyəsinə göstərilən qayğı nəticəsində şəhər səhiyyəsinin əldə etdiyi uğurlardan söz açmış, səhiyyə işçilərinin daim ölkə prezidentini dəstəkləyərək onun həyata keçirdiyi siyasətdə fəal iştirak edəcəyini əminliklə vurğulayıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər