YAP Sumqayıt şəhər təşkilatının yeni binasında fəal gənclərlə görüş keçirilib

1278

Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının yeni istifadəyə verilmiş inzibati binasında Gənclər Birliyinin İdarə heyəti və fəal gənclərlə görüş keçirilib Görüşdə YAP Sumqayıt şəhər təşkilatı sədrinin gənclər ilə iş üzrə müavini Elmar Xəlilov, YAP Sumqayıt şəhər təşkilatının Gənclər Birliyinin sədri Elvin Məmmədzadə, Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi Ceyhun Məmmədov, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəis əvəzi Mübariz Bəşirov iştirak etmişdir.

İclası YAP Sumqayıt şəhər təşkilatının Gənclər Birliyinin sədri Elvin Məmmədzadə açaraq İdarə heyətini, fəal gəncləri və görüşdə iştirak edən qonaqları salamlamış, qarşıda duran mühüm vəzifələr və yeni layihələrlə bağlı ətraflı məlumat vermişdir.

YAP Sumqayıt şəhər təşkilatı sədrinin gənclər ilə iş üzrə müavini Elmar Xəlilov çıxış edərək Gənclər Birliyinin 2018-ci il üçün hazırlanmış iş planına uyğun tapşırıq və tövsiyyələrini vermiş, qarşıdan gələn prezident seçkilərində gənclərimizi daha da fəal olmağa çağırmışdır.

Daha sonra çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi Ceyhun Məmmədov və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəis əvəzi Mübariz Bəşirov gənclərimizin cənab prezidentimizə sadiqliyindən və dövlətimizin apardığı uğurlu siyasətdən geniş söhbət açmış, şəhərimizdə gedən irimiqyaslı tikinti, abadlıq və quruculuq işləri haqqında ətraflı məlumat vermişlər.

Sonda yığıncaq iştirakçılarından bir qrup gənc çıxış edərək hər zaman cənab prezidetimiz İlham Əliyevin yürütdüyü siyasəti daim dəstəklədiyini və YAP-ın fəaliyyətində daha da aktiv olacaqlarını bildirmişlər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər