Yapon dənizində itkin düşmüş azərbaycanlıların kimliyi müəyyənləşib - ADLAR - YENİLƏNİB

926
Yapon dənizində itkin düşmüş Rusiyaya məxsus “Vostok” balıqçı gəmisindəki azərbaycanlıların adı məlum olub.
APA-nın “PrimaMedia.ru”-ya istinadən verdiyi xəbərə görə, itkin düşmüş 21 nəfərdən ikisinin Azərbaycan vətəndaşı olduğu ehtimal edilir. Bu barədə Saxalin vilayətinin rəsmi qurumlarından məlumat verilib.
Onlar Ruslan Əlizadə (1991) və Mübariz Hüseynovdur (1972).
09:47
Rusiyanın Primorsk diyarında yoxa çıxan balıqçı gəmisinin axtarışına iki sahil mühafizəsi gəmisi və iki vertolyot cəlb edilib.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, gəmidə Rusiya vətəndaşları ilə yanaşı, əcnəbilərin olduğu da deyilir. İtkin düşənlərin arasında azərbaycanlılar da var.
Hazırda axtarışlar davam etdirilir.

 

 

05:23

 

Rusiyanın Primorsk diyarında balıqçı gəmisi yoxa çıxıb.

 

APA-nın məlumatına görə, bu barədə “İnterfaks” agentliyi xəbər verib.

 

İlkin məlumata əsasən, gəmidə 21 heyət üzvü olub.

 

Gəminin axtarışına sahil mühafizəsinin gəmiləri cəlb edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər