Menu
Geri İrəli

“20 Yanvar” faciəsinin 20-ci ildönümü ilə bağlı bir sıra kompleks tədbirlər həyata keçiriləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Yanvar 2010 • Baxış sayı: 235 dəfə • Şərh yoxdur

yanvar2010Sumqayıt şəhər İcra Hakimiyyətindən verilən məlumata görə şəhərdə “20 Yanvar” faciəsinin 20-ci ildönümü ilə bağlı bir sıra kompleks tədbirlər həyata keçiriləcək. Belə ki, 18-20 yanvar 2010-cu il tarixlərində faciə ilə bağlı şəhər kitabxanalarında dəyirmi masalar, oxucu konfransları, tematik guşələr, şəhər ümumtəhsil, orta ixtisas və ali təhsil ocaqlarında müvafiq tədbirlər təşkil ediləcək. 20 yanvar tarixdə şəhər rəhbərliyi şəhərdə yerləşən “20 Yanvar” abidəsi və “Şəhidlər Xiyabanı”nı, daha sonra Ceyranbatan ərazisi, Bakı-Quba yolunda yerləşən faciədə şəhid olmuş Sumqayıt alimlərinin xatirə abidəsini ziyarət edəcəklər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın