Menu
Geri İrəli

“Bismak” Sumqayıt qəbiristanlığına gedən yolu zəbt edib?

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Aprel 2011 • Baxış sayı: 1,130 dəfə • 2 şərh
Share Button

Ötən həftə sonu qəzetimizə müraciət edən bir qrup Sumqayıt sakini “Bismak” firmasından şikayətçidir. Sakinləri narazı salan şirniyyat məmulatları firmasının Sumqayıt qəbiristanlığına olan girişləri bağlamasıdır. Belə ki, bir müddət öncə binası qəbiristanlığın yaxınlığında yerləşən “Bismak” məzarlığın ətrafından keçən maşın yolunu hasara aldı və beləliklə, bu hasar həm də qəbiristanlığa aid oldu. Əslində, məzarlığın bu cür səliqəli şəkildə hasarlanması xoşagələn hal idi. Ancaq indi sakinləri narahat edən bir problem var. Sakinlər eni-uzunu bilinməyən, böyük bir qəbiristanlığa yalnız bir qapının qoyulmasını qəbul etmirlər. “Birinin qohumunun məzarı qəbiristanlığın bu başındadırsa, bir kilometr gedib o başdan girib gəlməlidir. Nəyə görə?! Axı bir neçə yerdən qapı qoymaq da olar. Sadəcə “Bismak” fikirləşir ki, bu qəbiristanlıq guya onların işgüzar imicinə xələl gətirir” – deyə müraciətdə bildirilir.

Şikayətçilər deyir ki, bu motivdə ötən ilin yayında insident də yaşanıb: “Bir nəfər gecə hasarı lomla parçalayıb, qapı açmışdı. Sonra polisdən gəlib, bütün mollaları polis bölməsinə aparıb dindirdilər. Bir neçə gün sonra isə həmin yeri yenidən bağladılar”.

Sakinlər president də göstərir: “Necə olur ki, o boyda Bakı-Sumqayıt yolunun düz kənarında yerləşən Xırdalan qəbiristanlığına giriş üçün hər 3 metrdən bir qapı qoyulur, amma Sumqayıtda “Bismak” qəbiristanlığa gedən yolların hamısını bağlayır”.

Məsələ ilə bağlı “Bismak”ın mövqeyini də öyrənməyə çalışdıq. Firmanın Marketinq və İdxal-istehsalat Departamentinin rəisi Rəşad Əliyev rəhbərliklə məsləhətləşmələrdən sonra məsələyə münasibət bildirəcəyini söyləsə də, bu, baş vermədi. Sonrakı iki gün ərzində bizim onunla əlaqə cəhdimiz də nəticəsiz qaldı. Operator R.Əliyevin iş yerində olmadığını bildirdi.

Gəlin ümid edək ki, bu materialdan sonra şəhər rəhbərliyi problemi həll etmək üçün lazımi müdaxiləni edəcək.

Nemət

Facebook Şərhləndirmə:
Share Button

““Bismak” Sumqayıt qəbiristanlığına gedən yolu zəbt edib?” yazısına 2 cavab

  1. salamon deyir:

    yaxsi eleyib her yeri eleyibler qebirsanliq ozude mermerd
    en

  2. ehtiram deyir:

    bismak hemise agillidi de iscilerine de agilli munasibet gorsedirler,,her ay emek haqlarini kesib oz xeyirlerini gudurler,,allah goturmeyecek bunu

Şərhinizi yazın