Menu
Geri İrəli

1 May – zəhmətkeşlərin beynəlxalq həmrəylik günüdür

Müəllif: sumqayitxeber.com • Tarix: 1 May 2014 • Baxış sayı: 357 dəfə • Şərh yoxdur

ish yerleriÖlkəmizdə bu bayram totalitar quruluşun ideoloji atributu kimi ləğv edildi.

Orta və yaşlı nəslin nümayəndələri, keçmiş sovet adamları 1 May bayramını yaxşı xatırlayırlar.

1 May 120 ildir ki, dünyanın əksər ölkələrində zəhmətkeşlərin beynəlxalq həmrəylik günü kimi qeyd edilir.

ANS PRESS xəbər verir ki, 1 May dünyanın 100-dən artıq ölkəsində ictimai bayram kimi, 70-ə yaxın ölkəsində isə dövlət səviyyəsində rəsmi bayram günü olaraq keçirilir.

Mayın 1-də şəhərlərdə böyük nümayişlər təşkil olunar, möhtəşəm bayram əhval-ruhiyyəsi hökm sürərdi. Peşəsində fərqlənən əməkçilərə mükafatlar, fəxri adlar verilərdi. Elə o zamankı Sovet İttifaqının paytaxtına – Moskvaya, dünyanın bütün ölkələrindən qonaqlar dəvət olunardı. Lakin SSRİ-nin dağılmasından sonra 1 May bayramının keçirilməsi bəzi ölkələrdə ləğv edildi. Amma Rusiyada və bəzi digər respublikalarda hələ də 1 May bayramı hər il keçirilməkdədir.

Sovet İttifaqında və o zamanlar bu ittifaqa daxil olan Azərbaycanda da, bu bayram dünyada ən möhtəşəm səviyyədə keçirilirdi. Orta və yaşlı nəslin nümayəndələri, keçmiş sovet adamları, 1 May bayramını yaxşı xatırlayırlar.

Azərbaycanda 1 May 1920-ci ildən başlayaraq, bayram günü kimi qeyd olunub. SSRİ tərkibində olanda 1 May bayramı rəsmi bayram sırasında ən yüksək səviyyədə qeyd olunar və bununla bağlı keçirilən tədbirlərdə, televiziya və mətbuatda insanlara əməyin, zəhmətin nə qədər vacib olduğu aşılanardı. 1992-ci ildə isə bu bayram totalitar quruluşun ideoloji atributu kimi ləğv edildi.

Tarixdə bu bayramın keçirilməsi 1889-cu ilin iyulunda Parisdə toplanan II İnternashionalın 1-ci Konqresində dünya zəhmətkeşlərinin birlik, mübarizə günü olaraq qəbul edildi. Hər ilin 1 May tarixini mitinqlər, aksiyalar və boykotlarla qeyd etmək qərarı alındı.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın