Menu
Geri İrəli

1964-cü ildə Sumqayıta üz tutan general Məhəmməd Əsədovla FOTOSÖHBƏT

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Fevral 2017 • Baxış sayı: 996 dəfə • Şərh yoxdur
Share Button

Meh5Məhəmməd Əsədov 1941-ci il dekabr ayının 5-də Zəngilan rayonunun Baharlı kəndində anadan olub. O, Baharlı kəndində dördüncü sinfi bitirəndən sonra təhsilini Zəngilan rayonunun Mincivan qəsəbəsində yerləşən orta məktəbdə davam etmişdir. 1958-ci ildə orta məktəbi bitirib, həmin ildə Bakı Statistika Texnikumuna daxil olub. 1960-cı ildə həmin texnikumu müvəffəqiyyətlə başa vurub və Zəngilan rayonunda inspektor vəzifəsində çalışıb. 1961-ci ildə ordu sıralarına çağırılıb və 1964-cü ilə qədər orduda xidmət edib. 1964-cü ildə ordu sıralarından tərxis olunduqdan sonra Sumqayıt şəhərinə üz tutub və 1 saylı trestdə betonçu kimi işləyib. 1965-ci ildə S.M. Kirov adına Azərbaycan Dövlət universitetinin “Maliyyə və kredit” fakültəsinə daxil olub. 1965-ci ildə 2 saylı trestdə mühasib işləyib, 1967-1968-ci illərdə Plan şöbəsinin müdiri vəzifəsində çalışıb. 1968-ci ildə Məhəmməd Əsədov Sumqayıt Şəhər Partiya Komitəsinin Sənaye şöbəsinə təlimatçı vəzifəsinə irəli çəkilib.

Xalq Təsərrüfatı İnstitutu yarandıqdan və “Maliyyə və kredit” fakültəsi bu instituta verildiyindən Məhəmməd Əsədov 1970-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitunun “Maliyyə və kredit” ixtisası üzrə tam kursunu bitirib. 1973-1975-ci illərdə onu Sumqayıt Şəhər Partiya Komitəsində sənaye şöbəsinin müdiri, 1975-1978-ci illərdə isə Təşkilat şöbəsinin müdiri vəzifəsinə təyin ediblər. 1978-ci ildə Məhəmməd Əsədov Ağsu Rayon İcraiyyə Komitəsinin sədri vəzifəsinə göndərilib. 1980-ci ilə qədər Ağsu rayonunda fəaliyyət göstərib. Yaxşı işi qiymətləndirilib və Məhəmməd Əsədov Moskva Təhlükəsizlik Akademiyasına göndərilib. 1982-ci ildə akademiyanı qırmızı diplomla başa vurub. Azərbaycan Təhlükəsizlik Nazirliyində məsul vəzifədə çalışıb. 1983-1986-cı illərdə Jdanov Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyib. 1986-1988-ci illərdə Məhəmməd Əsədov Mərkəzi Komitədə yüksək vəzifədə işləyəndə dəfələrlə Xankəndiyə gedir. İşlədiyi müddətdə göstərdiyi işgüzarlığına, biliyinə, qabiliyyətinə görə onu Mərkəzi Komitəyə dəvət edirlər və 1986-cı ildən 1988-ci ilə qədər Məhəmməd Əsədov inzibati orqanlar şöbəsinə müdirlik edir. 1988-1989-cu illərdə Ağdaş Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyir. İşlədiyi müddətdə öz təşkilatçılıq qabiliyyəti ilə təsərrüfatın bütün sahələrini ön cərgəyə çıxarır. 1989-1990-cı illərdə bu fəaliyyətini Quba Rayon Partiya Komitəsinin birinci katibi kimi məsuliyyətlə davam etdirir və onun gördüyü bütün işlər yüksək qiymətləndirilir.

 

Məhəmməd Əsədov 1990-cı ilin may ayında Azərbaycan Respublikasının Daxili İşlər naziri vəzifəsinə təyin edilir. Azərbaycanın Ermənistanla sərhəd rayonlarını gəzərək erməni təcavüzünü gözləri ilə görən nazir Məhəmməd Əsədov həyəcan təbili çalır, təcili tədbirlərin görülməsi üçün Moskvaya – SSRİ Daxili İşlər Nazirliyinə müraciət ünvanlayır, asayişi qorumaq üçün silah-sursat tələb edirdi. O, tez bir zamanda Xüsusi Təyinatlı Milis Dəstəsini yaradır. Məhəmməd Əsədov Xocalı hava limanında ermənilərin gediş-gəlişinə nəzarəti gücləndirmək üçün DİN-in qüvvələrini səfərbər edir. DİN Respublikanın çıxış yollarını ciddi nəzarətdə saxlayırdı. 1990-cı il noyabr ayının 5-də Məhəmməd Əsədova general-mayor rütbəsi verilir. 1991-ci ilin noyabr ayına qədər Daxili İşlər naziri vəzifəsində çalışır. Məhəmməd Əsədov göstərdiyi şücaətə görə müşavir kimi yüksək vəzifəyə təyin edilir. Ali rütbənin verilməsi onu heç də arxayın salmır. O, yenidən sərhəd rayonlarına, Qarabağa, Ağdama, Göygölə, Gədəbəyə, Kəlbəcərə, Laçına, Goranboya, Tərtərə gedir. Çaykənd, Qarabulaq, Todan, Erkəc, Mənəşid və digər kəndlərin quldurlardan təmizlənməsi əməliyyatlarında şəxsən iştirak edir.

Bölgələrdən Bakıya dönən Əsədov müdafiənin gücləndirilməsi üçün təxirəsalınmaz, təcili tədbirlərin görülməsi barədə 27.08.1991-ci il tarixli №2/149 saylı altı vərəqdən ibarət məktubla Baş nazirə və Prezidentə kəskin müraciətlər edir, təkliflərini bildirirdi. Məhəmməd Əsədov 1991-ci ilin noyabrında Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasını tezləşdirmək, ordu quruculuğu işində mərkəzlə hüquq-mühafizə orqanları arasında birgə işin təşkilini həyata keçirmək üçün dövlət müşaviri təyin olunur.

Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 vertolyotu 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vuruldu. Həlak olanlar arasında Məhəmməd Əsədov da var idi. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub. Məhəmməd Əsədov Şəhidlər xiyabanında dəfn edilib.

Məhəmməd Əsədov iş başında

Məhəmməd Əsədov Sumqayıtda

Məhəmməd Əsədov xaricdən gələn jurnalistlərin suallarını cavablandırır.

Qurultay…

Məhəmməd Əsədov Daxili İşlər Naziri olarkən (1991-ci il)

Məhəmməd Əsədov partiya toplantısında-soldan birinci

Məhəmməd Əsədovun əsgərlik dostu Rəhman Quliyevin Beyləqana onu görməyə gələndə çəkilən fotosu (1984-cü il)

Məhəmməd Əsədov Moskvada qurultayda-stulda əyləşib

Məhəmməd Əsədov dostları ilə birlikdə əsgərlikdə (1962-ci il)

Məhəmməd Əsədov Moskvada (1981-ci il)

Məhəmməd Əsədov ailəsi ilə birlikdə (1986-cı il)

Məhəmməd Əsədov Kəlbəcərdə olarkən. AMON-un yaradılmasına fəxr edirdi

Məhəmməd Əsədov Ağdaşda çıxışı zamanı

Məhəmməd Əsədov Kəlbəcərdə (1990-1991-ci illər)

Məhəmməd Əsədov Kəlbəcərdə (1990-1991-ci illər)

Məhəmməd Əsədov Moskvada keçirilən  XXVII qurultayda

Məhəmməd Əsədov Sumqayətda veteranlarla görüş

Məhəmməd Əsədov –soldan dördüncü(1986-cı il)

Məhəmməd Əsədov Kremldə qurultayda

Məhəmməd Əsədov Beyləqanda

Məhəmməd Əsədov Daxili İşlər Naziri olarkən

Məhəmməd Əsədov Özbəkistanın pambıqçılıq naziri ilə Ağsuda olarkən (1979-cu il)

Məhəmməd Əsədov Ağsu rayonunda keçirilən məhsul bayramında (1978-1980-ci illər)

Məhəmməd Əsədov doğma kəndi Baharlıda. Ondan qalan yeganə şəkillərdən biri

Məhəmməd Əsədov Kəlbəcərdə (1990-1991-ci illər)

İşlə bağlı Moskvada olarkən.

Məhəmməd Əsədov dostları ilə birlikdə Şəkidə istirahətdə olarkən. (Şəki, 1966)

Məhəmməd Əsədov Şəkidə pambıqçılıq sahəsində ( Şəki, 1966)

Bu şəkil 1968-1969-cu ildə çəkilib.

Xaricdən gələn qonaqlarla Lənkəranda.

Mirmahmud KAZIMOĞLU, modern.az

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın