Menu
Geri İrəli

2-ci Dünya Müharibəsini bitirən öpüş

Müəllif: sumqayitxeber.com • Tarix: 9 May 2015 • Baxış sayı: 598 dəfə • Şərh yoxdur
photo_26332Bir çox insan hekayəsini bilməsə də, bu görüntü ilə yəqin ki, çox qarşılaşıb. Xüsusi ilə “Facebook” kimi məşhur sosial şəbəkədə bu görüntünü bir çoxları görüb və bəyənib.
Bəziləri görüntü haqqında heç bir şey bilmir. Əsasən “V-J Day” (Victory over Japon Day) adı ilə yayımlanan bu şəkil, “The Kiss” adı ilə da yada salınır. Şəkil, ABŞ-ın Nyu-York şəhərindəki məşhur “Times Meydanı”da fotomüxbir Alfred Eisenstaedt tərəfindən 14 Avqust 1945-ci ilidə çəkilib. Şəkil 27 avqust 1945-ci il tarixində “Life” jurnalında yayımlanıb. Bizimyol xəbər verir ki, şəkildə yer alan şəxslər George Mendonsa ve Greta Zimmer Friedmandır. Cütlük şəklin çəkildiyi ana qədər bir-birilərini tanımırdı. Onlar bu şəklin çəkiləcəyindən və bunun 2-ci Dünya Müharibəsinin bitməsinin simvollarından biri olacağından da xəbərsiz idilər. George Mendonsa bir dənizçi idi. O, sevgilisi Rita ilə birlikdə “Times Meydanı”da gəzirdi. Həmin gün müharibənin bitməsi ilə bağlı xəbər yayılmışdı.. Sevincdən özünü saxlaya bilməyən George Mendonsa, küçədən keçən və tanımadığı bir qızı öpdü. Həmin qız isə tibb bacısı Greta Zimmer Friedman idi.
Greta Zimmer Friedman hadisəni belə xatırlayır:
“Xəstəxanada bir tibb bacısı olaraq işləyirdim. Bir rəfiqəm 2-ci Dünya Müharibəsinin başa çatdığını dedi. Bunu qeyd etmək üçün “Times Meydanı”na getdik. Küçədə getdiyimiz zaman, bir dənizçi qaçaraq yanıma gəldi və məni öpdü. Etiraz etməyə çalışdım”
George Mendonsa isə hadisəni belə xatırlayır: “İndi arvadım, o zaman isə sevgilim olan Rita ilə gəzirdik. Birdən bir tibb bacısı gördüm. İçkili idim. Qələbə sevinci ağlımı başımdan almışdı. O zaman sevgilim olan Ritanın əlini buraxdım və o tibb bacısını öpdüm. Əslində şəkli ilk gördüyümdə həmin o anı xatırlamaqda çətinlik çəkirəm”
George Mendonsanın arvadı Rita isə hadisəni belə xatırlayır: “Müharibənin bitməyinə çox sevinmişdik. George o tibb bacısını öpərkən həqiqətən də, heç bir şey hiss etmədim. Bəlkə də, o zaman George nişanlım və ya həyat yoldaşım olsaydı özümü daha fərqli hiss edərdim. Amma bu bir reallıqdır ki, George heç bir zaman məni elə öpmədi”
Görüntünün arxasında hansı hekayə olur olsun, bu şəkil müharibəyə baxışımızı tamamən dəyişir və dəyişməyə davam edəcək.
atv.az
Facebook Şərhləndirmə:

Şərhinizi yazın