Menu
Geri İrəli

50 min dollara ayda dəfn mərasimi keçiriləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Avqust 2016 • Baxış sayı: 724 dəfə • Şərh yoxdur

ayAmerika Federal Aviasiya Administrasiyasının özəl şirkətlərdən birinə Aya kosmik vasitə göndərmək üçün icazə verməsinin ardından “Moon Express” şirkəti 2017-ci ildə Aya səyahət çantası böyüklüyündə kapsul göndərməyi planlaşdırır. Azərtac xəbər verir ki, iki həftə ərzində Ayda təcrübələr həyata keçirəcək, dünyaya yüksək keyfiyyətli təsvirlər göndərəcək bu kapsulun sahibi olan şirkət, eyni zamanda, 2017-ci ildən etibarən öldükdən sonra yandırılan insanların külünü də dəfn etmək üçün Aya daşımağa başlayacaq.

“Moon Express”lə əməkdaşlıq müqaviləsi imzalayan “Celestis” şirkəti artıq internet səhifəsində Ayda dəfnin qiymətlərini dərc edib. Tariflərə görə, şirkət külün bir qramını 12,5, üç qramını 25 min, yeddi qramını isə 50 min ABŞ dolları qiymətinə daşıyacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın