Menu
Geri İrəli

500 dollarla ABŞ-a getdi, qab yudu…- BIĞLI MİLYARDERİN HEKAYƏSİ

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Aprel 2017 • Baxış sayı: 558 dəfə • Şərh yoxdur

676525Ona Amerikanın bığlı milyarderi deyirlər. 16 yaşında cibində 500 dollarla ABŞ-a gəlib əvvəlcə qab yuyub, sonra zavodda adi işçi kimi işləyib. Bacarığı sayəsində işlədiyi zavodu satın alıb. Amerikanın ən böyük avtomobil hissəsi istehsal edən zavoda sahiblənib. Söhbət Pakistan əsilli Şahid Xandan gedir.

Cibində 500 dollarla ABŞ-a gəlir

Şahid Xan 1950-ci il iyulun 18-də Pakistanda anadan olub. Yaşadığı kənddə günə 1 dollar qazanmaq dolanmaq üçün normal məbləğ hesab edilirdi. Buna görə də nə zamansa milyardlara sahib olacağını ağlının ucundan belə keçməyib. Onun uğur hekayəsi mühəndislik təhsili almaq məqsədilə 16 yaşında Amerikaya gəlişi ilə başlayıb. Bu zaman cibində cəmisi 500 dollar var imiş. Dediyinə görə, bu pulu Pakistanda kiçik tikinti şirkətinin sahibi olan atası aylarla qənaət edərək yığıbmış.

1,2 dollara qab yuyurmuş

Amerikaya gəldiyi ilk gündən özünə iş tapır. Belə ki, gecələmək üçün yataqxanada yer tapmadığından o, xristian təşkilatının pansionuna yerləşir. Şam yeməyi də daxil olmaqla qalacağı otaq ona 3 dollara başa gəlir. Bu, Pakistan üçün kosmik göstərici idi. Səhəri gün otaq yoldaşları onu mətbəxlə tanış edərkən ağlına bir fikir gəlir. Düşünür ki, mətbəxdə qab yumaqla yataqxanaya çəkdiyi xərci çıxara bilər: “Qabyuyan kimi mənə saata 1,2 dollar dollar ödəyirdilər. Bu, Pakistan əhalisinin 99 faizinin qazancından çox edirdi. Mən ilk dəfə özümü azad hesab edirdim”.

Məhkəmədə öz-özünü müdafiə edir

Ş.Xan təkcə pul qazanmır, təhsil onun əsas prioriteti olur. 21 yaşında universiteti bitirərək bakalavr diplomu alır. Avtomobil hissələri istehsal edən “Flex-N-Gate” şirkətində texnik kimi işə başlayır. Gecəsini gündüzə qatıb 7 il fabrikdə işləyir. Eyni zamanda da öyrənir. Bu sahədə biliklərini o qədər genişləndirir ki, rəhbərliyə bamperin yenidən layihələşdirilməsini təklif edir. Hansı ki, şirkət çox da səmərəli olmayan üsulla – 15 detalın birləşdirilməsi yolu ilə avtomobillər üçün bamper hazırlayırdı. Xanın təklif etdiyi yenilik isə bir polad parçasından bamper hazırlanmasını mümkün edirdi. Bu da yanacağa qənaət etməyə imkan verirdi. Ancaq ona qulaq asan olmur: “Həmin vaxt anladım ki yenilik etmək lazımdı. Qarşıda geniş perespektivlər görürdüm, sadəcə onları realizə etməyə imkan vermirdilər”.

Beləliklə Xan şirkətdən gedir. 1978-ci ildə götürdüyü kiçik məbləğdə kredit sayəsində şəxsi “Bumper Works” müəssisəsini yaradır. Dərhal müştərilərin diqqətini cəlb edir. Belə ki, həmin dövrdə “General Motors” şirkəti “Isuzu” şirkətindən yapon pikaplarını idxal edirdi. Lakin o, kütlənin tələblərinə uyğun deyildi, “Chrysler”in isə “Dodge D50” avtomobilləri ilə bağlı oxşar problemi var idi. Xanın kəşfi isə hər iki pikap üçün uyğun idi. Lakin onun xoşbəxtliyi uzun çəkmir. “Flex-N-Gate” onu şirkətin kommersiya sirlərini oğurlamaqda ittiham edərək məhkəməyə verir. Pulu olmayan Xan özünü müdafiə məqsədilə ən ucuz vəkili tutur. O cümlədən gecələr kitabxanada oturub, müdafiə xətti hazırlayır.

İşçisi olduğu şirkəti satın alır

1980-ci ildə İllinoysun Ali Məhkəməsi “Flex-N-Gate”in ikinci apellyasiyasını rədd edir. Şirkət hər ay 50 min dollar dəyər itirdiyinə görə Xan “Flex-N-Gate”in aktivlərini balans dəyərində satın alır. Avtomobil nəhəngi “General Motors” ilə əlaqələrini daha da sıxlaşdırır. “General Motors” Xana ABŞ-a az sayda avtomobil ixrac etmək istəyən “İsuzu” ilə münasibətləri qaydaya salmağa kömək edir.

Çoxbilmiş pakistanlı

Xan özü də boş dayanmır. “İsuzu” ilə əlaqələri genişləndirmək üçün yapon tələbələri tərcüməçi kimi işə götürür. Tədricən “İsuzu” rəhbərlərinin etibarını qazanmağa başlayır.

Tez bir zamanda “Flex-N-Gate” “Mazda” daha sonra isə “Toyota” ilə əməkdaşlıq etməyə başlayır. 1989-cu ildə onun şirkəti “Toyota”nı bamper ilə təchiz edən yeganə şirkət olur. 2001-ci ildə “Flex-N-Gate”in satışının həcmi 1 mlrd. dolları keçir. Xan canfəşanlıq və zəkası sayəsində dağılmaq ərəfəsində olan şirkəti mənfəəti 3,4 mlrd. dollar olan sənaye nəhənginə çevirir. Hazırda “Flex-n-Gate”-də dünya üzrə 13 minə yaxın işçi və 52 zavod fəaliyyət göstərir. 2011-ci ildə onun satışının həcmi 3,4 mlrd. dollara qədər qalxıb.

Sərvəti

Bir zamanlar cibində 500 dollarla Amerikaya gələn pakistanlı Xan hazırda milyarderlərin siyahısında arasında yer alır. Onun sərvətinin həcmi 6,9 milyard dollardır. Varidatına görə dünya üzrə 205-ci, Amerika üzrə 71-ci sırada yer alır. İş adamı evlidir. Şanna Xan və Toni Xan adlı iki övladı var. Şahid Xan həm də ingilis futbol klubunun sahibidir. Belə ki, o, Məhəmməd Əl –Fayedə məxsus “Fulxemu” futbol klubunu 200 milyon funta (2013-cü ilin məzənnəsi ilə 303 milyon dollar) satın alıb. (Publika.az)

Facebook Şərhləndirmə:

Şərhinizi yazın