Menu
Geri İrəli

Milli-mənəvi dəyərimiz – Novruz

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Mart 2015 • Baxış sayı: 540 dəfə • Şərh yoxdur

imagesQədim , Odlar yurdu  - Azərbaycan ! Tarixin hər bir sinağından keçən, bu günki günə uğurlu iqtisadiyyatı, siyasəti , adət-ənənələriylə gəlib çıxan – Mübarizələr yurdu ! Düzdür bugünki zamana uğurla gəlib çıxmaq heç də Azərbaycan üçün asanlıqla başa gəlməyib. Adicə yerləşdiyimiz strateji mövqe əksər dövlətlər tərəfindən qısqanclıqla qarşılanıb. Adət – ənənələrimizdə eyni çətinliklərlə qarşılaşıb. Lakin şükürlər olsun ki, qloballaşan dünyada Azərbaycan artıq öz sözünü deyən ölkələrdəndir.

Öz mübarizliyi dövründə ölkəmiz milli bayramı olan novruzu qoruyub saxlamış və hal-hazırda da hərkəs tərəfindən sevinclə qarşılanan milli bayramdır. Uzun zamanı əhatə edən Bahar bayramına da qarşı sədlər qoyulub. Yaxın keçmişə nəzər salsaq, bu hala SSR-i dönəmində  də rast gəlinir. Buda onunla əlaqədardır ki, hər hansı dövlətin dövlət  kimi formalaşmasının qarşısını almaq üçün onun dilini və mənəvi-milli dəyərlərini əlindən al.Lakin bunu da bacara bilmədilər. Çünki əbəs yerə deyilmir, Mübarizlər yurdu.

Bir aydan artıq vaxtı əhatə edən uzun uzun müddətli Novruz bayramının adət-ənənələri özü kimi rəngarəngdir. Əsasən , fevralın axırıncı həftəsindən ilk çərşənbə olan “ su “ öz qədəmlərini qoyur. Ondan sonra od, yel , torpaq  çərşənbələri bir-birini əvəz edir. Hər çərşənbəni öz mənası var. Baharın gəlişi isə əsasən martın  20-20-ə təsadüf edir. Bayram günü süfrədə yeddi “s” – hərfiylə başlayan nemət qoyulmalıdır. Səməni,şəkərbura, paxlava , qoğal və s. bayramın atributiv nemətləridir. Kosa və keçəl isə qışın , yazın, simvolikasıdır.  Hər şərçənbə tonqal qalanır, buda Azərbaycanın “ Odlar Yurdu “ olması ilə əlaqədardır. Bayramın daha bir üstün cəhəti küsülülərin barışmasıdır. Qohumlar , dostlar , tanışlar bir-birinə baş çəkir, bayram sovqatı aparır. Bu isə Azərbaycanın qonaqpərvərliyindən xəbər verir. Ağsaqqallara, ağbirçəklərə baş çəkmək, ziyarət etmək böyüyə  hörmətin əlamətidir.

Lakin getdikcə Novruzun adətlərinin bəzilərinin unudulması  xoşagəlməz haldır. Dövlətimizin hər bir sahəyə qayğısı göz qabağındadır.  Bu qayğını adət-ənənələrimizdə də müşahidə edirik. Novruz bütün türk dövlətlərində hətta əksər başqa dövlətlərdə də qeyd olunur. Milli-mənəvi dəyərimiz novruz YUNESKO-nun mənəvi – irs siyahısına əlavə olunub. Buda həqiqətən qürurlandırıcı haldır. Bütün bunlar inkişafda olan Azərbaycanın daha da dinamik inkişafına zəmin yaradır.                                                         Quluzadə Toğrul,  Odlar Yurdu Universitetinin tələbəsi

Facebook Şərhləndirmə:

Şərhinizi yazın