Menu
Geri İrəli

Ana oğlunu öldürən şəxsi bağışladı – AZƏRBAYCANDA FİLM KİMİ MƏHKƏMƏ

Müəllif: sumqayitxeber.com • Tarix: 22 İyun 2017 • Baxış sayı: 761 dəfə • Şərh yoxdur
Share Button

mehkemeBacısına feysbukda mesaj yazan şəxsi öldürməkdə təqsirləndirilən 17 yaşlı Mirismayıl Hüseynovun cinayət işi üzrə məhkəmə başlayıb.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.

İttihamda bildirilir ki, M.Hüseynov İmişli rayonunda anası ilə yaşayan bacısının yanına gedib. Atası ilə anası ayrılan M.Hüseynov Bakıda yaşayırmış.

İmişliyə gedən Mirismayıl Hüseynov bacısının telefonunda onun 21 yaşlı Ələkbər Muxtarovla yazışmasını görüb. Mirismayıl başqa profil açaraq, bacısı ilə danışan şəxsə yazmağa başlayıb.

Ə.Muxtarov ona saxta profildən yazıldığını hiss edib və həmin şəxsi bloka atıb. Bundan sonra M.Hüseynov bacısının telefon nömrəsindən birbaşa Ələkbərə yığıb və onunla görüşmək istədiyini deyib.

Görüş zamanı tərəflər arasında mübahisə düşüb və Mirismayıl üzərində gətirdiyi mətbəx bıçağı ilə Ələkbərə bir neçə zərbə endirib. İttihamda yazılır ki, Mirismayıl görüşə Ələkbəri öldürmək məqsədi ilə gedib.

İttihama münasibət bildirən Mirismayıl özünü qismən təqsirli bildiyini deyib. O deyib ki, görüşə gedən zaman Ələkbəri öldürmək niyyəti olmayıb: “Öldürmək üçün getməmişdim. Amma axırı belə oldu. Söhbət edəcəkdim. Amma sonra mübahisə etdik”.

Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi – anası Ülviyyə Məcidova dindirilib.

O, hadisə günü oğlunun evdən dostları ilə görüşmək adı ilə çıxdığını deyib. Qətlin və mübahisənin səbəbləri haqda heç nə bilmədiyini söyləyən Ü.Məcidova oğlunun ölüm xəbərini polisdən eşitdiyini deyib.

Ülviyyə Məcidova təqsirləndirilən şəxsdən şikayətçi olmayıb: “Hadisədir olub. Nə deyə bilərəm?! Şikayətçi olsam, nə olacaq ki?!”.

Mirismayıl Hüseynov isə mərhumun anasından üzr istəyərək əməlindən peşman olduğunu deyib: “Sizdən üzr istəyirəm. Belə olmasını istəməzdim”.

Məhkəmənin iyulun 4-də davam edəcək.

Qeyd edək ki, M.Hüseynov Bakı Biznes Kooperasiya Kollecinin 1-ci kurs tələbəsi olub.

Qətl hadisə 2016-cı il dekabrın 14-də Bakının Nəsimi rayonunda “Memar Əcəmi” metrostansiyasının qarşısında baş verib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın