Menu
Geri İrəli

“ASAN Xidmət”dən kövrək aksiya

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Noyabr 2015 • Baxış sayı: 397 dəfə • Şərh yoxdur

asan sumqayit“ASAN Könüllüləri” Təşkilatının başlatdığı layihə çərçivəsində 14 yaşadək sosial qayğıya ehtiyacı olan hər bir uşaq məktub yazıb və yazdıqları məktublar xeyirxah insanlar tərəfindən cavablandırılacaq.

Vətəndaşlar www.asanmektub.az səhifəsi vasitəsi ilə uşaqların yazdıqları məktubları oxuyub, istəklərini reallaşdıra bilərlər.

Layihənin məqsədi həssas qruplara aid uşaqlara sevinc bəxş etmək və ümumilikdə sosial məsuliyyət, eləcə də cəmiyyətə qayğı hissini daha da artırmaqdır.

Prosesin asanlaşdırılması məqsədi ilə, seçilən məktuba cavab “ASAN qasid” kimi çıxış edən ASAN könüllüləri vasitəsi ilə təklif edilən ünvandan götürülərək uşaqlara çatdırılacaq və vətəndaşa e-poçt, yaxud da digər əlaqə vasitələri ilə hədiyyənin çatdırılmasını təsdiq edən fotoşəkil göndəriləcək.

Qeyd edək ki , “ASAN Məktub” layihəsi çərçivəsində müxtəlif rayonlarda yaşayan 200-dən çox uşağın arzusu artıq reallaşdırılıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın