Menu
Geri İrəli

ASB Bank Sumqayit filialı şənbə günləri də fəaliyyət göstərəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Yanvar 2011 • Baxış sayı: 457 dəfə • Şərh yoxdur

ASB Bank Sumqayit filialı Yanvar ayından etibarən həftə içi 9:00-dan 17:45-ə və şənbə günləri 10:00-dan 15:45-ə kimi hər növ bank xidmətlərini fasiləsiz olaraq təqdim etdəcəkdir.

Sumqayıt filialından aşağıdakı bank xidmətlərindən istifadə edə bilərsiniz.

  • Bütün növ valyuta əməliyyatlarının həyata keçirilməsi – Konvertasiya
  • Western Union – Sürətli pul köçürmə sistemi
  • Rabitə və Kommunal ödənişləri
  • Plastik Kartlarla əməliyyatlar
  • 7/24 ATM xidmətləri
  • Fərdi kreditlər
  • Biznes-kreditlər
  • POS Terminal xidmətləri

Qeyd edək ki, “Azərbaycan Sənaye Bankı” 1996-cı ildə “CI Bank” kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda brendini dəyişib. 2011-ci ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 129.950 mln. manat, depozit portfeli 79.110 mln. manat, kredit portfeli 74.439 mln. manat, nizamnamə kapitalı 22.114 mln. manat təşkil edir. Bankın respublika üzrə 8 filialı, 29 bankomatı və 290 POS-terminalı mövcuddur. Bankın plastik kartlarından istifadə edən müştərilərinin sayı 17.000-dən, cəmi müştərilərinin sayı isə 28.000-dən çoxdur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın