Menu
Geri İrəli

Azərbaycanda 3 min adam adını dəyişdirib – RƏSMİ

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Mart 2015 • Baxış sayı: 513 dəfə • Şərh yoxdur
Share Button

qelem_111Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova 2014-cü il ərzində ad, ata adı və soyadını dəyişdirən Azərbaycan vətəndaşlarının sayını açıqlayıb.

Nazirlik rəsmisi Modern.az saytının sorğusuna cavab olaraq bildirib ki, 2014-cü ildə qeydiyyat orqanlarına adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı 3088 müraciət daxil olub və onların hamısı təmin edilib.

Reyhanə Kərimova “daha çox hansı ad, soyadlar dəyişdirilib və hansılarla əvəz olunub” suallarına cavab olaraq qeyd edib ki, bununla bağlı statistika aparılmadığından, eləcə də “İnformasiya əldə etmək haqqında” qanunun 21.2.5-ci maddəsinə əsasən, sorğunun icrası informasiyanın sistemləşdirilməsini, təhlil edilməsini və ya sənədləşdirilməsini tələb etdiyindən onların cavablandırılması mümkün deyil.

Gülşən RAUFQIZI

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın