Menu
Geri İrəli

Azərbaycanda əhali ən çox nəyə pul xərcləyir?

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Aprel 2015 • Baxış sayı: 414 dəfə • Şərh yoxdur

erzaq-2Azərbaycanda bu ilin ilk 3 ayı ərzində satılmış istehlak mallarının 50,2 faizini ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,8 faizini qeyri-ərzaq malları təşkil edib.

Dövlət Statistika Komitəsindən Lent.az-a verilən məlumata görə, qeyri-ərzaq mallarının xüsusi çəkisi ötən ilin yanvar-mart ayları ilə müqayisədə 2,9 faiz artıb.

Cari ilin ilk üç ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin yanvar-mart aylarına nisbətən 1,7 dəfə artaraq 2720,0 min manat təşkil edib.

Əhali onlayn rejimində sifariş verdiyi istehlak mallarının 92,7 faizini hüquqi şəxslərin, 7,3 faizini fərdi sahibkarların elektron ticarət şəbəkəsindən alıb. Elektron ticarət dövriyyəsinin 96,3 faizini qeyri-ərzaq malları təşkil edib.

İctimai iaşə xidmətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,4 faiz artaraq 219,9 milyon manat olub. Hüquqi şəxslər üzrə iaşə xidmətlərinin həcmi 93,6 milyon manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarların subyektləri üzrə isə 126,3 milyon manat təşkil edib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın