Menu
Geri İrəli

Azərbaycanda narkomanların sayı açıqlandı

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Mart 2016 • Baxış sayı: 499 dəfə • Şərh yoxdur
Share Button

Narkotik istifadəçilərinin 592 nəfəri qadındır. Azərbaycanda 2015-ci il üzrə qeydiyyatda olan narkomanların dəqiqləşdirilmiş sayı açıqlanıb.

APA-nın məlumatına görə, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına təqdim etdiyi hesabata əsasən respublika üzrə 31 dekabr 2015-ci il tarixinə qeydiyyatda olan narkomanların ümumi sayı 28 min 555 nəfərdir. 20 min 36 nəfər opioidlərin, 8 min 519 nəfər kannabioidlərin qəbulu nəticəsində bu bəlaya düçar olub. Bunlardan dispanser qeydiyyatında olanlar  23 min 153 nəfər, profilaktik  müalicə alanlar 5402 nəfərdir.  Anonim müalicə alanlar  583 nəfər, toksikomanlar 158 nəfərdir. Narkotik istifadəçilərinin 592 nəfəri qadındır. 2015-ci il ərzində 2017 narkoman qeydiyyata götürülüb. Bunlardan 1224 nəfər opioidlərin, 793 nəfər  kannabioidlərin qəbulu nəticəsində bu bəlaya düçar olub. Bu narkomanların 1432 nəfəri dispanser qeydiyyatındadır, 585 nəfər profilaktik müalicə alır.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın