Menu
Geri İrəli

Azərbaycanda ölən insanların orqanlarından donor kimi istifadə oluna bilər

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Mart 2014 • Baxış sayı: 295 dəfə • Şərh yoxdur

225_8ZZjsI28K623

Azərbaycanda ölən insanların orqanlarından donor kimi istifadə oluna bilər.

 

 Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı APA-ya açıqlamasında deyib ki, bunun üçün qanunvericilikdə dəyişiklik və təkmilləşdirmə etməyə ehtiyac var. Onun sözlərinə görə, ölən insanların orqanlarının transplantasiya məqsədilə istifadə olunması üçün ya həmin insanın sağ olarkən özünün, ya da öldükdən sonra yaxınlarının razılığı olmalıdır.

 

M.İbrahimqızı qeyd edib ki, bu işi həyata keçirmək üçün qanunlarda müəyyən təkmilləşməyə ehtiyac olacaq: “Ölən insanın orqanlarından donor kimi istifadə edilməzdən öncə onun hansı vəziyyətdə və səviyyədə olması müəyyənləşməlidir. Bu gün belə bir praktika var ki, qohumlar bəzi hallarda transplantasiya üçün öz yaxınlarına orqan verir. Amma yad insandan başqasına orqan vermək çətin prosesdir. Hesab edirəm ki, ölən insanın orqanından donor kimi istifadə edilməsi və ya sağ ikən yad bir insan üçün orqan vermək barədə qanunun qəbul olunması mühüm olardı. Təbii, bu proseslərdə heç kimi məcbur etmək olmaz ki, orqanını başqasına versin. Bütün bu işlər könüllü şəkildə həyata keçirilməlidir”.

 

 Millət vəkili qeyd edib ki, davamlı olaraq bununla bağlı maarifləndirmə işi də aparmaq lazımdır: “Burada ən əsas şərt vətəndaşın razı olmasıdır. Və yaxud ölübsə, ailə üzvlərinin buna razılığı olmalıdır”.

 

Komitə üzvü əlavə edib ki, Azərbaycanda razılıq əsasında ölmüş insanların orqanlarından donor kimi istifadə oluna bilər. Onun sözlərinə görə, bu məsələdə qanunvericiliyə dəyişikliklə iş bitmir, gərək çoxlu təbliğat aparılsın.

 

M.İbrahimqızı qeyd edib ki, qanunvericilikdə hər hansı dəyişikliyin edilməsi ilə yanaşı, təbliğatı gücləndirmək lazımdır.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın