Menu
Geri İrəli

Azərbaycanda siqaret və spirtli içki bahalaşdı

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Fevral 2015 • Baxış sayı: 301 dəfə • Şərh yoxdur

TN311B6F619B684F75A6DDA1E32E16E0CD635460509716248203W420H288

Nazirlər Kabineti qərar verdi.

 

Azərbaycanda siqaret və spirtli içkilərin qiyməti rəsmi olaraq bahalaşıb. Qərarın analizi göstərir ki, siqaret və tütünün qiyməti bahalaşsa da bir sıra məhsulların qiyməti əksinə olaraq ucuzlaşıb.

 

Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarında dəyişikliklər edilməsi barədə qərar qəbul edilib. Belə ki, Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 29 yanvar tarixli 17 nömrəli qərarı ilə təsdiq edilib.

 

Beləliklə, qərara əsasən, ölkəyə gətirilən etil spirti üzrə aksiz dərəcəsi indiki 1 ABŞ dollarından və ya 0,8 manatdan 2 manata qaldırılıb. Ölkəyə gətirilən pivə üzrə aksiz vergisi 1 litr üçün 1 ABŞ dolları və ya 0,8 manatdan 1 manata qaldırılıb.

 

Üzüm şərabları üzrə aksiz dərəcələri demək olar ki, dəyişməyib və əvvəlki 2,5 dollar əvəzinə 2 manat həddində müəyyən edilib. Əvəzində indiyədək aksiz vergisinə cəlb edilməyən şampan şərablarının hər litri üçün 2,5 manat aksiz vergisi müəyyən edilib.

 

Eləcə də viski, rom, araq, likör və s. içkilər üçün aksiz dərəcələri 20% artaraq 6 dollar və ya 4,8 manatdan 6 manata qaldırılıb.

 

Aksiz dərəcəsi kəskin artırılan mallardan biri də siqaretlər və tütün məmulatları olacaq. Nazirlər Kabinetinin qərarı ilə bu məhsulların aksiz vergisi təqribən 3 dəfə artırılaraq hər 1000 ədəd siqaret üçün 1,8 dollar, yəni 1,44 manat əvəzinə 4 manat müəyyən edilib.

 

Əvəzində müəyyən növ benzinlər üçün aksiz vergisi bir ton benzinə görə, 250 ABŞ dollarından 120 manata endirilib. Digər tərəf bituma görə aksiz vergisi kəskin artırılaraq hər ton məhsula görə, 1 dollardan 24 manata qaldırılıb.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın