Menu
Geri İrəli

Azərbaycanın 2015-ci ildəki itkiləri – Siyahı

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Dekabr 2015 • Baxış sayı: 354 dəfə • Şərh yoxdur

14503016172015-ci il mədəniyyətimizdə baş verən əlamətdar hadisələrlə yanaşı, ictimaiyyəti üzən itkilərlə də yadda qaldı. Bu il elm və mədəniyyətimizin inkişafında müstəsna rol oynayan bir neçə şəxs dünyasını dəyişdi.

Axar.az 2015-ci ildə sənət, elm və ədəbiyyat sahəsindəki itkiləri araşdırıb.

Mən burdayam, İlahi…

2015-ci ilin əvvəlində Azərbaycan ictimaiyyəti xalq şairi Səməd Vurğunun son yadigarı Vaqif Səmədoğlunun ölümü ilə sarsıldı. O, yanvarın 28-də uzun sürən xərçəng xəstəliyindən sonra vəfat etdi.

Gözlənilməz ölüm…

Xalq artisti İlham Əsgərovun ölümü gözlənilməz oldu. Yeni teatr mövsümünün açılış tamaşasına hazırlaşan İlham Əsgərov 6 sentyabrda infarkt nəticəsində vəfat etdi.

Həm ziyarət, həm əbədiyyət…

Daha bir sənətçimizin – xalq artisti Nuriyyə Əhmədovanın itkisi də ilin ən ağır xəbərlərindən idi. Nuriyyə Əhmədova uzun müddət xəstə olsa da, onun vəfatı hamı üçün gözlənilməz oldu. Qızı ilə oğlunun vəfatından sonra Nuriyyə xanım da 10 oktyabrda əbədiyyən gözlərini yumdu.

Akademikin ölümü

Digər gözlənilməz hadisə isə akademik Tofiq Hacıyevin vəfatı oldu. O, oktyabrın 27-də öz evində dəm qazından zəhərlənərək faciəvi şəkildə vəfat etdi.

Kamança əbədiyyən susdu

Xalq artisti, kamança ustadı Habil Əliyev sentyabrın 8-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi.

Ağamusa Axundov

Elm aləmindəki itkilərdən biri də görkəmli dilçi və türkoloq alim, akademik Ağamusa Axundovun vəfatı idi. Azərbaycan ictimaiyyəti onu sentyabrın 5-də itirdi.

Ölürəm qoymayın…

Əməkdar artist Gülnar Salmanova isə həyatının son günlərini ağrılı-acılı keçirdi. Xərçəng xəstəliyindən əziyyət çəkən aktrisa son dəfə “Ölürəm qoymayın”, – deyib gözlərini yumdu. O, 24 oktyabrda, ömrünün 54-cü baharında Sabunçu xəstəxanasında vəfat etdi.

Dərələrdən yel kimi…

Bu il ədəbiyyat cameəsi həm də şair Məmməd Aslanın vəfatı ilə üzüldü. O, 23 sentyabrda ağciyər xəstəliyindən dünyasını dəyişdi.

Müəllif: Dilarə Zamanova
Facebook Şərhləndirmə:

Şərhinizi yazın